Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “İnşaat mühəndisliyi” ixtisası üzrə 5 tələbəsi – Nəzrin Rzayeva, Fərid Hacılı, Əli İmanov, Söhrab Əskərzadə və Əli Muxtarov ikili diplom müqaviləsi əsasında təhsilini İstanbul Texnik Universitetində (İTU) davam etdirəcəklər. Bununla bağlı olaraq AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tələbələrlə görüşüb.
Veteninfo.az xəbər verir ki, rektor tələbələrə öz tövsiyələrini verib və qeyd edib ki, “İnşaat mühəndisliyi” ixtisası üzrə İTU dünyanın ən qabaqcıl universitetlərindəndir.
Azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq işləri fonunda ölkəmizdə yüksək ixtisaslı inşaat mühəndislərinə yaranan təlabata diqqət çəkən professor Gülçöhrə Məmmədova, bu işdə İTU-ya yola düşən tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Rektor əlavə edib ki, AzMİU tələbələrinin yüksək elmi araşdırma və qabaqcıl təcrübəyə əsaslanan təhsillə təmin olunması üçün digər qabaqcıl universitetlərlə də ikili diplom müqavilələri üzrə mübadilə proqramları həyata keçiriləcək.
Qeyd edək ki, AzMİU ilə İTU arasında 2018-ci ildə “İnşaat mühəndisliyi” ixtisası üzrə ikili diplom müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, hər il AzMİU-nun 5 tələbəsi III və IV kurslar üzrə İTU-da, İTU-nun 5 tələbəsi isə I və II kurslar üzrə AzMİU-da təhsil alır. Təhsilini müvəffəq qiymətlərlə baş vuran tələbələrə hər iki universitetdən diplom təqdim edilir.