image-1709884025_img_6474backend

Bakı Milli Geyim Evi Parisdə – Qarabağın milli geyimləri nümayiş etdirilib

image-reklam_sirab_01
Fransanın paytaxtı Parisdə Azərbaycan Respublikası Səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində Qarabağ milli geyimlərinin nümayişi keçirilib.
 8 Mart Beynəlxalq Qadınlar günü mübasibətilə ölkəmizin Parisdəki Səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ cəsarət və gözəllik əfsanəsi” moda nümayişində respublikamızın Fransadakı səfiri Leyla Abdullayeva, yerli iş adamları, moda həvəskarları, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən səfir L.Abdullayeva ölkəmizdə qadınların hüquqlarından bəhs edib, Azərbaycan qadının cəmiyyətdə oynadığı yüksək rolundan danışıb. Səfir Azərbaycanda dünyada ən qabaqcıl qərb ölkələrindən belə öncə qadınlara səsvermə hüququ verildiyini qonaqların diqqətinə çatdırıb, qızlar üçün açılmış ilk qeyri-dini təhsil ocağının qədim tarixinə toxunub və Azərbaycandakı dünyəvilik ənənələri haqqında məlumat verib.
Könül Vəlibəyli tərəfindən 2008-ci ildə təsis edilən “Bakı Milli Geyim Evi”nin ərsəyə getirdi Qarabağ milli geyimlərinə hərs edilmiş dəfilə qonaqların böyük marağına səbəb olub. Təqdim olunan geyimlərdə Qarabağın ayrı-ayrı bölgələrinin, xüsusilə Şuşanın milli naxışları əksini tapıb. Dəfilənin keçirilməsində məqsəd Azərbaycanın, ümumilikdə bütün Türk dünyasının ayrılmaz parçası olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha geniş auditoriyaya çatdırmaqdır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image