Apple şirkətinin yeni MacBook Pro modeli ilə bağlı yayılan görüntülər texnologiya dünyasında maraq doğurub.
Videoda noutbukun ekranında iPhone-a bənzər interfeysin nümayiş etdirildiyi görünür.
Görüntülər Apple-ın uzun illər toxunulmaz hesab edilən dizayn prinsiplərindən uzaqlaşması ilə bağlı müzakirələr yaradıb.
Şirkətin qurucusu Stiv Cobs vaxtilə sensor ekranlı noutbukların əleyhinə çıxırdı. O hesab edirdi ki, istifadəçinin ekrana toxunmaq üçün əlini daim havada saxlaması yorucu və narahatdır.
Cobs böyük ölçülü smartfonlara da skeptik yanaşır, telefonun bir əllə rahat idarə edilməsini vacib sayırdı. Lakin Apple sonradan iri ekranlı iPhone modellərini bazara çıxardı.
Yeni MacBook Pro ilə bağlı yayılan görüntülərdə sensor ekran vasitəsilə idarəetmə imkanları diqqət çəkir.


























