Bu gün müasir dünyamız bir sira qlobal problemlərlə üzləşir ki, bunlardan biri də dünyada su ehtiyatlarının çatışmamazlığı problemidir. Beləki BMT-nin hesabatlarına görə bu gün dünya əhalisinin 2 mlrd. nəfəri su çatmamazlığından əziyyət çəkir. 2025-ci ilə qədər bu rəqəmin 3 mlrd. nəfərə çatacağı gözlənilir. Dünyada qlobal iqlim dəyişikliklərinin baş verməsi və əhalinin təbii artımı nəticəsində su qıtlığının coğrafiyasının daha da genişlənəcəyi, onun hətta dünyada gərginliyin artmasına səbəb olacağı, dövlətlər arasındamüharibə təhlükələri yarada biləcəyi ehtimal edilir.
Dünyanın qırxa yaxın ölkəsi olduqca məhdud şirin su ehtiyatlarına malikdirlər. Təəssüf ki, bu ölkələr arasında Azərbaycan da vardır. Azərbaycan şirin su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən “kasıb” ölkəsidir. Belə ki, Cənubi Qafqazdakı ümumi şirin su ehtiyatının 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, yalnız yerdə qalan 10%-i Azərbaycanın payına düşür. Göründüyü kimi respublikamız şirin su ehtiyatlarının həcmi görəGürcüstan və Ermənistandan dəfələrlə geridə qalır.
Respublikamızda şirin su ehtiyatları o qədər də bol olmaması su təsərrüfatı və meliorasiya sahəsində çalışan alim və mütəxəssislərimiz üzərinə bu sahədəhəyata keçirilən layihələrin daha da keyfiyyətləhazırlanmaq, ölkə ərazisində yerləşən su ehtiyatlarını hərtərəfli öyrənmək, bu ehtiyatlarından maksimum dərəcədə səmərəli istifadə olunması yollarını daha da dərindən, təhlil etmək məsuliyyətini qoyur.
Bu məsuliyyəti düzgün dəyərləndirən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” Publik Hüquqi Şəxsin aparıcı mühəndisiİslam Quliyev su təsərrüfatı və meliorasiya sahəsində illər boyu topladığı əmək təcrübəsinə, texniki bilik və bacarığına söykənərək qələmə aldığı “Hidrotexniki qurğular” adlı növbəti kitabını çap etdirərək öz oxucu auditoriyasına təqdim edib. Qeyd edək ki, bu müəllifin sayca ikinci kitabıdır.
Mütəxəssislərin olduqca maraq və məmnunluqlaqarşıladığı kitab hidrotexnika sahəsindəki dünya alimlərinin zəngin iş təcrübəsinə və elmi araşdırmalarına əsaslanaraq yazılmışdır.
2 hissə və 8 fəsildən ibarət olan kitabın I hissəsi“Sugötürən qurğular”, II hissəsi isə “Durulducu hovuzlarda gətirmələrlə mübarizə” mövzularını əhatə edir.
Kitabda bəndli, bəndsiz və şporlu sugötürənlər, suyun maşınla qaldırılması və durulducularınlayihələndirilməsi üçün əsaslar, onların quruluşu və hesabatları barəsində geniş məlumat verilmişdir.Mütəxəssislərin praktik işlərdə kitabdan istifadəetməsini asanlaşdırmaq üçün həll ediləcək məsələlərkitabda müəllif tərəfindən konkret nümunələrlə izah edilmişdir.
İslam Quliyev “Hidrotexniki qurğular” kitabdan hidrotexnika mühəndisləri, hidroenergetiklər, meliorasiya və irriqasiya sahəsində çalışan mütəxəssislər, layihələndirmə ilə məşğul olan və tikinti sahəsində çalışan mühəndislər, Hidromeliorasiya və hidrologiya sahəsində çalışan elmi işçilər, hidroqovşaqların istismarı ilə məşğul olan mühəndis-texniki işçilər və bu sahə üzrə təhsil alan ali məktəb tələbələri də istifadə edə bilərlər.
“Vətəninfo” İA olaraq biz də öz növbəmizdə dünyanın, eləcə də, respublikamızın ən qlobal problemlərindən biri olan su çatışmamazlığı probleminin həlli istiqamətində yazdığı kitabla öz “kiçik” tövhəsini vermiş İslam Quliyevi təbrik edir, ona bir mütəxəssis kimi yorulmaz fəaliyyətində yeni-yeni uğurlar diləyirik.
Vətəninfo.az