image-reklam-veteninfo
image-1backend

Bakılı qadın Rusiyada nazir təyin olundu

image-reklam-veteninfo

Larisa Kazakova Rusiyanın Penza vilayətinin təhsil naziri vəzifəsinə təsdiq edilib.

Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə məlumat region hökumətinin rəsmi saytında yer alıb.

O, 2026-cı ilin martından – əvvəlki rəhbər Aleksey Fomin işdən çıxdıqdan sonra nazir müavini vəzifəsini icra edirdi.

Qeyd edək ki, Larisa Kazakova 29 iyun 1977-ci ildə Bakıda anadan olub. 2002-ci ildə V.Q.Belinski adına Penza Dövlət Pedaqoji Universitetinin “Tarix” ixtisası üzrə bitirib. Penza şəhərindəki 37 nömrəli məktəbdə elmi-metodiki işlər üzrə direktor müavini çalışıb. 17 yanvar 2022-ci ildə isə Nəqliyyat Texnologiyaları Kollecinin kollektivinə direktor əvəzi kimi təqdim olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki