İki yaş yeddi aylıq olan Seyidov Mirsəccadın beynində şiş (törəmə) və maye aşkarlanıb.
Bu barədə onun atası Seyidov Mircəfər məlumat verib.
O qeyd edib ki, əslində, həmin törəmə anadangəlmə olsa da, ailə bundan xəbərsiz olub:
“Zaman keçdikcə oğlumun alnı irəli doğru böyüyürdü. Biz də təcili olaraq həkimə göstərdik. Bu zaman həkimlər bizə vəziyyətin pisə doğru getdiyini, bunun ölümlə nəticələnə biləcəyini dedilər. Hazırda Mirsəccadın gözlərində çəpləşmə var. Əgər təcili əməliyyat olunmazsa, kəllə sümüyündə çatlar əmələ gələcək. Altı həkimdə yoxlanışdan keçdik. Lakin onlardan eyni sözləri eşitdik. Bunun bir yolu var, o da əməliyyatdır. İki əməliyyata bizdən 40 min manat pul istəyiblər. Onun 10 min manatını toplamışıq. İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirik”.
Ailənin əlaqə nömrəsi: 050-758-85-85.