Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Vətən oğlunun dəfn mərasimində doğmaları ilə yanaşı Ağstafa RİH başçısı Seymur Orucov, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun məsul şəxsləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İzdiham yaşanan dəfn mərasimində düşmənin genişmiqyaslı təxribatının qarşısının qətiyyətlə alındığı, hərbçilərimizin döyüş meydanında əsl qəhrəmanlıq göstərdiyi və şəhidlərimizin qanının yerdə qalmadığı qeyd olunub. Şəhidlik zirvəsinə ucalan gizirin şərəfli döyüş yolundan, Vətənə olan sonsuz məhəbbətindən bəhs olunub. Vətən oğlunun məzarı üstünə gül dəstələri düzülüb, önünə əklillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.