image-a178f15a-0e3c-4506-b08b-87688c6df5f4backend

Bu gün Medianews.az saytının 10 yaşı tamam olur

image-reklam_sirab_01

Bu gün Medianews.az saytının 10 yaşı tamam olur.

Saytın baş redaktoru Xəyalə Rəis təəsüratlarını bölüşüb

“Media məkanında fasiləsiz olaraq 10 il irəliləmək, hər gün yeni xəbər istehsal etmək heç də asan məsələ deyil. “Medianews.az” saytı bu baxımdan çox uzun bir yol qət edib.
Saytımız Azərbaycanda, eləcə də dünyada baş verən ictimai və siyasi, maraqlı xəbərləri istehsal edir. Saytda hərbi, siyasi, mədəniyyət, ədəbiyyat, idman xəbərləri, Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, həmçinin şəhid və qazilərimizin keçdiyi döyüş və həyat yolu, məşhur yazarların köşələri, müasir texnologiyalar və trendlərlə bağlı məlumatlar və xəbərlər yer alır.

image-ae82e873-8d09-4666-9fc4-d686edbda1ba-1

2022-ci ildə Medianın İnkişafı Agentliyinin “Onlayn media subyektlərinə dəstək” layihəsi üzrə müsabiqənin qalibi olduq. Ondan sonra saytımızın yeni dizayn və formatda müasir standartlara və tələblərə uyğun, təkmilləşmiş üslubda oxuculara təqdim etdik. Saytın təkcə görünüşündə yox, həmçinin funksionallığında da dəyişikliklər olundu. Bu dəyişiklikər sırasında yeni bölmələr və rubrikalarda öz yerini tutdu.. İntihar, insest, sıradan kriminal, məişət insidentləri ilə bağlı xəbərlər verməkdən imtina etsək də, auditoriyamız nəinki kiçilmədi, əksinə daha da artdı.
Onu da qeyd edim ki, vətənin müdafiəsi uğrunda həyatını qurban verən şəhidlərimizin ruhuna etiram əlaməti olaraq, “Medianews.az” saytı öz yubileyini qeyd etmir və heç bir tədbir keçirmir”.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki