image-sddefaultbackend

Bu şəhərdə bıçaq gəzdirməq qadağan edildi

image-reklam_sirab_01

Vətəninfo.az xəvər verir ki, Almaniyanın Ştutqart şəhərində bıçaq gəzdirmək qadağası bu həftənin sonunda qüvvəyə minir.

Məlumata görə, şəhərin mərkəzində və şəhərin böyük parklarında qüvvədə olacaq qadağa əyalət şəhərinin insanlarında təhlükəsizlik hissini artırmaq məqsədi daşıyır.

Bu həftə sonu Ştutqart şəhərinin mərkəzində bıçaqla tutulan hər kəs ən azı 200 avro cərimələnəcək.

Məlumata görə, cərimələrdən nəticə çıxarmayanlar təkrar polis tərəfindən saxlanılsalar, 10.000 avroya qədər cərimə olunacaqlar. Polis və şəhər təhlükəsizlik xidməti dörd santimetrdən uzun sabit və ya kilidləmə  bıçaqları müsadirə edə bilər.

Məlumata görə indiyə qədər Ştutqart şəhərində yalnız 12 santimetrdən uzun olan bıçaqlar qadağan idi.

Məlumata görə bu qadağa cümə və şənbə günləri, eləcə də bayram günləri  saat 20:00-dan səhər saat 6:00-dək tətbiq olunacaq.

Qeyd edək ki, Ştutqart Almaniyanın cənub-qərbində bıçaqları qadağan edən ilk şəhərdir və Hamburq və Köln kimi bir sıra şəhərlər də bu addımı atıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image