image-reklam-veteninfo
image-cavansirbackend

“Bu tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün və ümumiyyətlə bütün dünya üçün olduqca əhəmiyyətlidir” -VİDEO

image-reklam-veteninfo

“Bu tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün və ümumiyyətlə bütün dünya üçün olduqca əhəmiyyətlidir. Azərbaycan üçün əhəmiyyətinə gəldikdə isə demək istəyirəm ki, ilk növbədə bu tədbirin siyasi əhəmiyyəti var. Qlobal gündəliklə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş belə bir forumun Azərbaycanda keçirilməsi, əslində, Azərbaycanın dünyanı narahat edən qlobal problemlərin həllində iştirakını təsdiq edir. Bu baxımdan belə bir forumun Azərbaycanda keçirilməsi ilk növbədə siyasi əhəmiyyət daşıyır.”- bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Biznes Tv-nin efirində bildirib.

Millət vəkili qeyd edib ki,  Ümumdünya Şəhərsalma Forumu doğrudan da qlobal gündəliyin əsas məsələlərindən biri olan ekologiya və sağlamlıq problemləri baxımından Azərbaycan üçün də maraqlıdır. Xüsusilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra genişmiqyaslı yenidənqurma işləri aparır və bu prosesdə dünya şəhərsalma trendlərindəki yeniliklərin tətbiqi bizim üçün çox önəmlidir.

Daha ətraflı videoda:




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki