image-1backend

Çayı əsla belə içməyin – CİDDİ XƏSTƏLİKLƏR YARADIR

image-reklam_sirab_01

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər.

Vətəninfo.az xəbər verir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib.

Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə, zamanla isə xərçəng xəstəliyinə səbəb olur. Buna görə də çay, qəhvə və digər isti içkilərin bir az soyudularaq istehlak edilməsi tövsiyə olunur.

Bundan əlavə, çox çay içmək bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Həddindən artıq kofein qəbulu yuxu problemləri, əsəbilik və ürək döyüntüsü kimi problemlərə yol açır. Bu səbəbdən çayı balanslı şəkildə istehlak etmək vacibdir.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image