image-media-polis-bal2gvrf4j6oezpx579nbackend

Çevik Polis əməkdaşının anası Prezidentdən KÖMƏK İSTƏDİ

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezdenti
İlham Əliyev Cənablarına,
Surəti: Azərbaycan Respublikasının Baş Nazirinə;
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov Cənablarına;
Surəti: Azərbaycan Respubilkasının Baş Prokroruna;
Surəti: Azərbaycan Respubilkasının Milli Məclisinin Sədri Sahibə xanım Qafarovaya;
Surəti: Azərbaycan Respubilkasının Ədliyə Naziri cənab Fikrət Məmmədova;
Surəti: Azərbaycan İnsan Haqları üzrə müvəkkil Səbinə Xanım Əliyevaya;
Surəti: Azərbaycan Qızıl Aypara Cəmiyyətinə;
Surət:Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Ziya Şirinova

Bakı Ağır Cinayətlər Məhkəməsinin
CM.nin 263-1.3 maddəsi ilə təqsirli bilinən
Vaqif Novruzovun ANASI
NUBAR İSA qızı NOVRUZOVA tərəfindən
Unvan: Sabunçu rayon,Kürdəxanı qəsəbəsi, Meyvə tingiliyi sovxoz ərazisi, ev 59,
Əlaqə: (050) 206-05-19

Ş İ K A Y Ə T
(Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-935/2022 saylı 01.06.2022-cı il tarixli hökmünün ləğvinə dair)

Möhtərəm Hakim,
Aşağıda qeyd olunan əsaslara görə, Bakı Ağır Cinayətlər məhkəməsinin1(101)-935/2022 saylı 01.06.2022-cı il tarixli Azərbaycanın dövləti adından tərtib edilmiş hüquqi cəhətdən ziddiyyətli və qərəzli Hökm Respublikamızın məhkəmə hüquq-siyasətinə və dövlətimizə qarşı XƏYANƏT HESAB EDİRİK. Belə ki, Ulu öndərimiz Heydər Əliyevin qeyd edirdi ki, Günahsız cəza alanda Dövlət sarsılar ! Bu səbəbdəndə əsassız və qeyri-obyektiv və dövlətimizin dünya miqyasında artan nüfuzuna xələl gətirən ədalətsiz hökm ləğv edilməlidir.
Eyni zamanda, Azәrbaycan Respublikasının Konstitusiyasında – Maddә 6. Hakimiyyәtin mәnimsәnilmәsinә yol verilmәmәsi, I. Azәrbaycan xalqının heç bir hissәsi, sosial qrup, tәşkilat vә ya heç bir şәxs hakimiyyәtin hәyata keçirilmәsi sәlahiyyәtini mәnimsәyә bilmәz.
Vaqif Novruzovun AR CM-nin 263-1.3 maddəsi ilə verilmiş hökmü qəbul etmir. Belə ki, məhkəmə prosesi tam, hərtərəfli və obyektiv araşdırılmamışdır və prosesual hüquq normaları pozulmuşdur. Bu səbəbdən Vaqif Novruzov barədə elan edilmiş hökm, Azərbaycan dövlətinin həyata keçirdiyi hümanizm pirinsiplərinə ziddir və ədalətsiz hökümdür. Eyni zamanda azyaşlı övladı, anası və ailə üzvləri onun himayəmdədir. Vaqif Novruzov əvvəllər məhkum edilməmiş və özünü cinayətkar hesab etmir.
Belə ki, Ümummilli Liderimiz Heydər Əliyev qeyd edirdi ki, insan haqları, onların hüquq və azadlıqları Azərbaycan dövlətinin əsas pirinsiplərindən biridir. Bu səbəbdəndə Vaqif Novruzov Azərbaycan Respublikasına sədaqətli DİN-nin ÇPA-nın polis əməkdaşı kimi və bir vətəndaş kimi dövlətimizin ona verdiyi hüquq və vasitələrdən, eləcədə özünü müdafiə hüququndan istifadə edərək hüquqlarının bərpasını Məhkəmədən dəfələrlə Xahiş etmişdir.
Eləcədə Vaqif Novruzov bir mənalı olaraq ilkin izahatında, guya avtomobilin idarə edərkən, hadisə zamanı yuxulu və ya sükanda yatdığı barədə olan fikirləri rədd etmişdir! Çünkü Vaqif Novruzova bu fikirlər məhkəmə prosesi zamanı məlum olmuşdur, vəkilin diktəsi ilə izahatı oxumadan imzalamışı, eləcədə şablon qeyidlər yazmışdır. Təyin edilmiş vəkili bu sahədə qeyri peşəkar olmuş və onun səmimiyyətinə inanmış, müdafiəçinin iştirakı ilə yazılan sənədlərdə Vaqif Novruzovun ziyanına fikirlərin olmadığını bildirdiyi üçün imzalamışdır. İzahatın imzalanma vaxtı orda iştirak edən subyektlərə sənədləri oxumadan və tanış olmadan imzaladığını irad kimi bildirmişdir.
Məhkəmə teqsirləndirilen şəxs Novruzov Vaqif Rövşən oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadesini iş materiallarına uyğun olmayan, özünü müdafie məqsədilə uydurulmuş, qeyri səmimi və işin faktiki halları ilə təkzib edilen ifadə kimi qiymətləndirərək təqsirlendirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadesini mötəbər hesab etmişdir. NƏDƏN ?
AR CPM-nin aşağıda qeyd olunan bəndinə əsasən ittiham olunan şəxsin hüquqları qeyd edilmişdir. 91.4. Müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir.
Lakin Bakı Ağır Cinayətlər məhkəməsi onun bu fikirlərini özünü müdafiə və qeyri-səmimi ifadə kimi qiymətləndirməklə ədalətsizlik və Vaqif Novruzova qarşı qərəzli münasibət bəsləmişdir. Bakı Ağır Cinayətlər məhkəməsi hökmündə işin faktiki hallarını əks etdirən vəsadətlərdə, müraciətlərdə qeyd olunan Həqiqəti qeyri-səmimi və uydurulmuş fikirlər kimi qiymətləndirmiş. YALANI isə həqiqət kimi qəbul etməklə Vaqif Novruzovun hüquq və mənafeinə zidd olan qeyri-obyektiv və ədalətsiz nəticəyə gəlmişdir.
Eyni zamanda Təkirar ekspertizya keçirilməsi barədə tələblərimiz və ittiham atkının hüquqa zidd tərtib edildiyi üçün işin ibtidai istintaqa qaytarılması barədə şifahi və yazılı vəsadətlər hansısa maraqlar naminəsə Hakim tərəfindən təmin edilməmişdir. NƏDƏN ?
Məhkəmə prosesində AR CPM-nin (11) Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi, 11.1. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir pirinsipinə əməl edilməmişdir. Belə ki, məhkəmə prosesində eləcə də məhkəmə hökmündə də məlum olur ki, Vaqif Novruzovun işin faktiki hallarını əks etdirən tələbləri və vəsadətləri qeyri səmimi qiymətləndirilərək qarşı tərəfin xahiş və tələblərini əsas pirinsip kimi qəbul edilməsi qeyd olunan CPM-nin müddüalarının pozulması ilə nəticələnmişdir.
Hörmətli Apellyasiya Məhkəməsi,
Belə ki, Ulduz Alxasova Yalan və qeyri səmimi ifadə verməklə məhkəməni aldatmışdır. Ulduz Alxasova Rövşən Alxasovun həmin gün mobil telefon qulaqcığından istifadə etməməsi fikirləri həqiqətə uyğun deyildir. Belə ki, Rövşən Alxasova hadisə zamanı ilk yaxınlaşan və tibbi yardım göstərən Vaqif Novruzov olmuşdur. Vaqif Novruzovda bildirir ki, həmin vaxt Rövşən Alxasovunun qulağında mobil telefon qulaqcığı olmuşdur.
Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsinin tələblərinə əsasən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı, ona ittiham verilməməlidir. Lakin CPM-nin bu tələblərinə əməl edilməmişdir.
Lakin Ulduz Alxasovun bele uydurulmuş yalanları Həzrəti Yusiflə
Züleyxanın hekayəsinə bənəzir. Qurani-Kərimdə də bu hekayə ilə əlaqədar bildirilir ki, Ağılı insanlar üçün, bir ibrət vardır. Tarixi hadisədə mövcud olmuş ziddiyyətlərə ədalətli höküm verilsədə, müasir istimasi-siyasi şəraitdə Bakı Ağır Cinayətlər məhkəməsi Səbəbkarı müəyyənləşdirə bilmədiyi üçün uydurulmuş yalanlarla Vaqif Novruov barədə ədalətsiz hökm elan etmişdir.
Hətda etimallar var ki, Rövşən Alxasov bəlkədə sərxoş olmuş və ya həmin günün axşamı çoxlu sipirtli içki qəbul etmişdir. Bütün bu hallara nə istintaq zamanı, nə ekspertiziya, nə də məhkəmə aydınlıq gətirməmişdir.
Bu səbəbdən də Bakı Ağır Cinayətlər məhkəməsinin1(101)-935/2022 saylı 01.06.2022-cı il tarixli hüquqi cəhətdən ziddiyyətli, qeyri-obyektivdir və qərəzlidir, əsassızdır, dövlətimizin dünya miqyasında artan siyasi nüfuzuna xələl gətirən ədalətsiz hökmü ləğv edilməlidir.
Dünya təcrübəsinə əsasən hakimyətlərdə təmsil olunmuş ədalətsiz məmurlar sayəsində Misirdə, Ukraynada, Liviyada, Tunisdə, Yəməndə və digər ölkələrdə sosial-iqtisaadi gərginliklərin yaranmasına səbəb olmuş və siyasi böhranlar yaratmışdır ki, belə şəraitdə dövlətlərdə siyasi hakimyətlərin dəyişiliklərini şərtləndirmişdir.
Beləliklə, oxumadan formal imzaladığı həmin izahatda guya Vaqif Novruzovun yuxulu olduğu haqqqında qeyd edilmiş fikirlər tamami ilə həqiqətə uyğun deyil, YALANDIR və həmin hadisənin real vəziyyətini əks etdirmir.
Həmin gün yəni iş vaxtı Vaqif Novruzov yuxulu və ya mürgülü ola bilməzdi, bu bir mənalı olaraq aksiyomadır. İttiham atkında Vaqif Novruzovun öz etirafına isdinad edilərək guya, cinayət əməlində özünü təqsirli bilməsi fikiri ilə razı olmamışdır. Eyni zamanda həmin hadisə vəkilləri ilə birgə hadisə yerinə gedərək oranın tam təsvirli foto şəkillərini çəkmişdilər.

Beləliklə, hadisə yerinin foto şəkilindəndə göründüyü kimi məhdud şəraitdə və stasionar post ərazisində surət həddi maksium azalaraq sola və ya sağa dönüş edilir. Eyni zamanda bu əraziyə daxil olan və tərk edən avtomobillər yoxlanılaraq buraxılır.
Əslində Vaqif Novruzov bildirir ki, 06.11.2021-ci il tarixdə həmişə xidmətdə olduğu Nardaran qəsəbəsinə getmək üçün tezdən işə vaxtında çatmışdır. Səhər idmanını edib, sıra düzülüşündə dayanıb, xidməti təlimatı alaraq, xidməti silahını qəbul edib, xidməti postu təhvil almağa gedərkən hadisə olmuşdur. Beləliklə Vaqif Novruzov Nardaran qəsəbəsi Piraltı küçəsi 6-cı stansionar postuna təxminən 100 metir qalmış həmin postun beton maniələrinin sol sətində həmin posta xidmət aparan əməkdaşın hərəkətsiz və yol hərəkətinə təhlükəsiz dayandığını görmüşdür. Avtomobilin surəti 30-40 olmuşdur.

Vaqif Novruzov həmin posta yaxınlaşmasına bir neçə metiq qalmış, həmişə olduğu kimi posta duran şəxslərə siqnal verməklə salam işarəsi verib keçərkən həmin əməkdaş Alxasov Rövşən Ayaz oğlu hərəkətsiz dayandığı yerdən anidən iti surətlə yolun sol istiqamətindən, sağ istiqamətinə hərəkət etmişdir. Bunu gördüyü anda hadisənin qarşısını almaq üçün sərt torumuzlama məqsədi ilə əyləci dərhal sıxmışdır. Lakin piyadanın vurulması ilə nəticələnən hadisədə onun texniki imkanı olmadığı üçün hadisədən yayınmaq mümkünsüz olmuşdur.
Beləliklə bu təsadüfü hadisədə Rövşən Alxasovun vəfatında bəhanə Vaqif Novruzov, Səbəbkar başqadır. Bəli, bəhanə Vaqif Novruzovdur, lakin SƏBƏBKAR Allahın Qədəridir.
Məhkəmə istintaqı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli 8/322 saylı rəyi ilə müəyyən etmişdir ki, “Toyota Prius” markalı 99 CD 940 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Novruzov Vaqif Rövşən oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
Əvvəla hadisə yerinin vidyo görüntüsü olmadan və həmin yerin coğrafi qurluşu, şəraiti müəyyənləşdirilmədən belə saxta qeyri-obyektiv rəyə məhkəmə istinad etməsi məhkəmə ədalətsizliyinin əyani sübutudur. Belə ki, Vaqif Novruzovun məhkəməyə yazılı və şifaih müraciətləri, eləcədə vəkillərinin təkrar ekspertiziyanın keçirilməsinə dair qanuni vəsadətləri təmin edilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli 8/322 saylı rəyi qeyri-obyektivdir və həqiqəti əks etdirmədiyi üçün mötəbər sənət kimi qəbul edilməzdir. Təkrar ekspertiziyanın keçirilməsini tələb edirik !
Bəli, Vaqif Novruzovun avtomobilə formal sürücülük hüququnun olmaması inzibati məsuliyyət yaradır. Bütün bu hallarr Vaqif Novruzovun ƏSİR alınmasına əsas ola bilməz. Belə ki, AR Yol hərəkəti haqqında QANUNUNA ƏSASƏN Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi.
332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi yüz manat cərimə ilə nəticələnir.
332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması dörd yüz manat və ya bir ayadək müddətə inzibati həbs göstərilir.
332.7 Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması iki aydan üç ayadək müddətə inzibati həbslə nəticələnir.
Yenədə AR Yol hərəkəti haqqında QANUNUNA ƏSASƏN
Yol hərəkəti qaydalarını tənzimləyən müddialar
Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları
3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar;
6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır;
II. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.
Beləliklə,Vaqif Novruzov tezdən işə vaxtında çatmışdır. Səhər idmanını edib, sıra düzülüşündə dayanıb xidməti təlimatı alaraq, xidməti silahını qəbul edib, xidməti postu təhvil almağa gedərkən hadisə olmuşdur. Belə şəraitdə Vaqif Novruzovun yuxulu olmağı və mürgüləməyi həqiqətə uyğun deyildir. Vaqif Novruzov xidmət zamanı yuxulu olmağı mümkünsüzdür. Həmçinin cinayət işi üzrə hadisənin şahidləri və həmin vaxt xidmətdə olmuş AR-nin DİN-nin Çevik Polis Alayının 8-ci rotasının serjantları Səmədov Samir Şakir oğlu (tel:070-5240000), və Yusubov Sural Ələsgər oğlu (055-331-03-03) dindirilməmiş və izahatları ittiham aktına əlavə edilməmişdir. Bu şəxslər məhkəmə prosesində dindirilsəydi Vaqif Novruzovun həmin hadisə anı yaranmış vəiyyətdən yayınmaq üçün texniki imkanının olmadığı və yaranmış şəraitin qarşısı alınmaz proses kimi Rövşən Ayaz oğlu Alxasovu vurmaqla ölümündə təqsiri olmadığı tam müəyyən olunacağıdır.
Eyni zamanda Vaqif Novruzov barədə 28 mart tarixində qəbul edilmiş ittiham aktı 20 may 2022-ci ildə poçt vastəsi ilə almışıq. İttiham aktını Sabunçu rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru tərtib etmişdir. Lakin Stajor təcrübəni insan taleyi üzərində belə qeyri peşəkar formada və söz yığımı ilə məhdudlaşdıra bilməz. Belə ki, ən ali qanunlarımızda qeyd edilmişdir ki, vətəndaşın razılığı olmadan heç bir şəxsin üzərində elmi və başqa təcrübə aparıla bilməz.
Hökmün şərhindən də məlum olduğu kimi Sabunçu rayon prokurorluğunun stajor müstəntiqinin Vaqif Novruzov üzərində təcrübəsini zənginləşdirmək istəyi ilə tərtib edilmiş ittiham atkını Bakı Ağır Cinayətlər məhkəməsi NOTARİAL qaydada təstiq etmişdir. Halbuki insan üzərində təcrübə aparmaq ən ağır cinayətdir.
Beləliklə, Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-935/2022 saylı 01.06.2022-cı il tarixli hökmü sözün əsil mənasında istintaqın qeyri-obyektiv və saxta sənətləri əsasında tərtib edilmiş ittiham aktını nəticədə Notarial qaydada təstiqidir.
Beləliklə məhkəmə prosesində qeyri-obyektiv və ədalətsiz keçirilmişdir. Vaqif Növruzovun vəkillərinin təqdim etdiyi vəsadətlər təmin edilməmişdir. İstintaqın qeyri-obyektiv keçirilməsi və ittiham olunan Vaqif Novruzovun mart ayının sonlarında istintaqa çağırılaraq kağız toplusunu mənəvi-psixoloji təzyiqlə imzalamağa təhrik edildiyi və faktiki oxumadan, tanış olmadan sənətlərin formal imzalaması barədə yazılı və şifahi hakim Səbuhi Hüseynova bildirmişdir. Lakin hakim Səbuhi Hüseyinov hadisənin real həqiqətini əks etdirən faktları qiymətləndirmədən qərəzli və qanunsuz Vaqif Novruzovu ƏSİR almışdır.
Hökmüdə qeyd edilir ki, Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-də Novruzov Vaqif Rövşən oğluna cəza təyin edərkən xarakterini ve ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hökmüdə qeyd olunan bu kimi hallar həqiqətə uyğun deyildir və söz xətrinə qeyd edilmiş şablon ifadələrdir.
Bununla yanaşı, Ulu öndərimiz Heydər Əliyev tərəfinden 1998-ci il Azərbaycan Respublikasında ölüm hökmü ləğv edilmişdir. Bu qərar Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizdə tarixi hadisə olmaqla bərabər cinayət-hüquq və məhkəmə-hüquq siyasətində humanizm pirinsiplərinin ən ali nümunəsidir. Bu humanist cinayət-hüquq siyasəti nəticəsində Prezident İlham Əliyev cənabları ölkəmizin əlamətdar günlərində nəqədər vətəndaşları əfv edir və cəzalarından azad etmişdir. Hətta dövləti cinayətlərdə təqsirli bilinən və dövlət çevrilişlərinə cəhd etmiş şəxslərində cəzadan azad edilməsi təcrübəsi ölkəmizin hüquq siyasətində humanizm pirinsiplərinə sadiqliyin bariz nümunəsi kimi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən rəğbətlə qarşılanmışdır.
Həmçinin Novruzov Vaqif Rövşan oğlu AR-nin DİN-nin CPA-nın polis serjanti kimi xidmət fəaliyəti Sabunçu rayon ərazisində olmuşdur. Hadisə zamanı, xidməti zərurətlə əlaqədar avtomobili idarə etməklə, postu təhvil almağa gedərkən xidməti ərazidə hadisə olmuşdur. Rövşən Alxasovla eyni ərazidə xidməti fəaliyyət həyata keçirmişdir. Eyni ərazidə xidməti fəaliyyətdə olsada Rövşən Alxasovla düşmənçiliyi, ədavəti olmamışdır. Hadisə zamanı dərhal ona ilk yardım göstərən şəxs Vaqif Novruzov olmuşdur. Həmin vaxt Rövşən Alxasovun qulağında mobil telefon qulaqcığı olmuşdur. Polis əməkdaşlarını köməyə çağırmış, Təcili Tibbi Yardıma zəng etmiş, xəstaxanaya yerləşdirmişdir.
Qeyd edilən hərəkətlərlə yanaşı, hadisə zamani, Rövşan Alxasovun xəsarət aldığı zaman, hadisədən yayınmamış, qaçmamış, ona hər cür tibbi yardım göstərməyə çalışmışdır. Həmçinin xəstəxanaya yerləşdirmək, onun bütün dərman va tibbi personalın cəlb olunması doğmaları tərəfindən təmin edilmişdir. Xəstəxanada qaldığı müddətdə bütün tibbi ehtiyyaclar və məsrəflər Vaqif Novruzovun qohumları tərəfindən təşkil edilmişdir.
Məlum olduğu kimi Vaqif Novruzov Rövşən Alxasova həyatda qalması üçün bacardığım bütün maddi və mənəvi köməklik göstərmiş, ona biganə və laqeyd qalmamışdır. Lakin Rövşən Alxasovun anasının bu halları təksib etməsi və məhkəmədən cəza tələb etməsinin əsası yoxdur.
Bu səbəbdəndə Vaqif Novruzovu Bakı Ağır Cinayətlər Məhkəməsi CM-nin 263-1.3 maddəsi ilə təqsirli bilinməsi ədalətsizlikdir. Beləliklə, sürücülük vəsiqəsinin olmaması inzibati məsuliyyət yarada bilər. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə, cinayət-hüquq siyasətinin liberallaşdırılması əsas tələb kimi şərtlənir. Bu məqsədlə alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən şəxslərə şamil edilməlidir.
Eyni zamanda dövlətimizin hüquq siyasətində humanistlik prinsiplərinin qorunması, cəmiyyətdən təcrid etmə ilə nəticələnən cinayət hadisələri ilə əlaqədar aparılan istintaq araşdırmalarına xüsusi diqqət yetirilməsi tələb olunur. Həmçinin dövlət siyasətimizin prorutet istiqamətində istintaq və məhkəmə orqanlarına tövsiyə edilir ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən cəzalar ədalət prinsiplərinə və hümanizm tələblərinə uyğunlaşdırılsın.
Hesab edirəm ki, Vaqif Novruzovun sürücülük vəsiqəmin olmamasına baxmayaraq, DIN-nin xüsusi tayinatlılarında xidməti zamanı təşkil edilmiş təlimlərdə bütün növ avtomobilləri idarə edilməsi sahəsində vərdiş və bacarığa yiyələnmişdir. Eyni zamanda, Vaqif Novruzov bütün növ avtomobilləri həttda ekstremal şəraitdə belə idarə etmək üçün xususi bacarığa yiyələnmiş Çevik Polis Əməkdaşıdır. Düzdür, rəsmi sürücülük vəsiqəsi olmasada ən peşakar sürücüdən yaxşı avtomobil idarə etmək bacarığı var. Lakin sürücülük vasiqəsi bu məsələdə formal xarakter daşiyir.
Bununla yanaşı, Hadisə yerinin vidyo görüntüsü olarsa tam şəffaf formada məlum olar ki, Vaqif Novruzov hadisədə mümkün ola bilən bütün hərəkətlərə əməl etmişdir. Nəticədə məlum hadisədən yayınmaq mümkünsüz olmuşdur.
Vaqif Novruzov hadisə yarandığı andan avtomobildən düşərək istər vətəndaş kimi, istərsədə polis əməkdaşı kimi Rövşən Alxasova tibbi yardım göstərmək üçün təcili yardım çağırmış və ərazidə olan digər polis əməkdaşlarınıda ona yardım etmək üçün hadisə yerinə çağırmışdır, xəstaxanaya yerləşdirmişdir. Həmin vaxt Rövşən Alxasovunun qulağında mobil telefon qulaqcığı olduğunun şahidəri olmuşdular.
Bununla yanaşı xidməti zərurətlə əlaqədar asudə vaxtımda, yəni məzuniyyət vaxtı sürücülük kurslarına yazılıb sürücülük vəsiqəsi alacağını planlaşdırmışdı.
Bu müddət ərzində dəfələrlə müxtəlif vaxtlarda Rövşon Alxasovun hüzur mərasimində iştirak etmək və ailəsinə təsəlli vermak üçün getmişik. Yas mərasiminin təşkili üçün 3000 manat pul qohumlarımız tərəfindən mərhumun qohumlarına verilmişdir. Hüzur zamanı 2100 manat yenə əlavə mərhumun qohumlarına ödənilmişdir.
Eyni zamanda Vaqif Novruzov Spirtli içki, zərərli vərdişlərdən uzaq olan və fiziki cəhətdən sağlam şəxsdir. Gənc yaşlarından ailəmiz onun himayəmdə olub.
Lakin ittiham prokrorunun və məhkəmənin cəza təyini insan layaqətinə, bütövlükdə insan hüquqları ideyasına ziddir. Hansı saxta dəlillərə istinad etməsinə və əsaslanmasından asılı olmayaraq həmin tələbi qeyri-insani və faşizmi düşüncəsinin amansız təfəkkürü hesab edilir.
Eyni zamanda, istintaq materiallarında hadisənin real şəraiti düzgün şərh edilməmiş və nəticədə qeyri-obyektiv fikir formalaşmışdır. Bununla yanaşı istintaq hadisəni özündə əks etdirən Bakı şəhər təhlükəsizlik kamerasından görüntüləri vaxtında əldə etmiş olsaydı bir daha Vaqif Novruzovun əməlində cinayət tərkibi olmadığını tam müəyyən ediləcəkdir.
Hökmüdə əsas dövlətin hümanizm siyasətinin mühüm prinsipləri əks edilməli idi. Belə ki,
QANUNU YAZAN DA İNSAN ƏLİDİR,
QANUN REALLIĞI ƏKS ETDİRMƏYƏNDƏ,
ONU O, ƏLLƏR DƏ DƏYİŞMƏLİDİR !
Adət-ənənə qanun deyil, qanun qədər dəyərli və qanun qədər keçərlidir. Qanun insan, vətəndaş rifahına xidmat etməlidir. İnsan və vətəndaş rifahına xidmət etməyən qanunu isə bütün klassiklərimiz, dövlət və siyasət xadimləri əsassız hesab etmişlər.
Beləliklə, ittiham atkından da məlum olur ki, bu cinayət işi 15 mart 2022-ci il tarixədək dayandırılmış və yenidən təzələnmişdir. Eyni zamanda Vaqif Novruzovun təqsiri ilə əlaqəli qeyd edilmiş 23.02.2022-ci il tarixli 8/322 saylı məhkəmə yol nəqliyat hadisəsinin rəyi obyektiv verilməmişdir. Belə ki, hadisə yerinin baxış pratokolundan görünür ki, həmin ərazidə stasianar postun olmuş, üç ədəd beton maniələrin mövcuddur, eləcə də həmin ərazidə yol şəraitinin məhdudluğu hadisədən yayınmağın mümkünsüz olduğuna əsas verir.
Həmçinin ekspert rəyi formal xarakterlidir. Belə ki, rəydə ən sadə riyazi metod və real məntiq tətbiq edilməmiş,
yəni, Sürət = Qət edilən məsafə : Zaman
surət məlumdur 30-40,
qət edilən məsafə,
həmin məsafəni qət etmək üçün sərf edilən zaman müəyyənləşdirilməmişdir.
Bu səbəbdəndə rəydə hadisə yerinin real şəraiti, reliyefi və qurluşu təsvir edilmədən qeyri-obyektiv və şəxsi fantaziyalar əsasında tərtib edilmişdir. Beləliklə 23.02.2022-ci il tarixli 8/322 saylı məhkəmə yol nəqliyat hadisəsinin rəyi qeyri-obyektiv olduğu üçün möhtəbər sənət hesab edilə bilməz və belə rəyə istinad edilməsi ədalətsizlikdir. Beləliklə tərtib edilmiş ekspertizyanın rəyində işin faktiki halları əks etdilməmiş və hadisə düzgün araşdırılmamışdır. İlkin istintaqın təqdim etdiyi yanlış mülahizələr əsasında qeyri-obyektiv, “notarial” qaydada təstiq edilmiş hüquqi cəhətdən ziddiyyətli, həqiqəti əks etdirməyən rəydir. Bu səbəbdəndə təkrar ekspertizya keçirilməlidir.
Belə ki, ölkəmizin cinayət-hüquq siyasətinin təhlili, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallar bu cinayət işinə bəraət verilməsinə zəruri məsələ və əsas istiqamət hesab etmək olar.
Bununla yanaşı Vaqif Novruzov bir mənalı olaraq bildirdi ki, ilkin izahatında, guya avtomobilin idarə edilməsi və hadisə zamanı yuxulu və ya sükanda yatdığı barədə olan fikirləri ona məxsus deyil.
Belə ki, Vaqif Novruzov ittiham olunduğu cinayət əməlində təqsirinin olub-olmamağının müəyyən etmək üçün istər ibtidai istintaq dövründə, istərsədə məhkəmə istintaqı dövründə aşağıda qeyd etdiyimiz halar araşdırılmamışdır. Bu səbəbdən də Vaqif Novruzov barəsində belə ağır madə ilə ittiham hökmünün elan edilməsi yolverilməzdir.
1. Cinayət hadisəsinin yarandığı ərazidə mövcud olmuş şəhər təhlükəsilik kamerasından vaxtında vidio görüntülərin götürülməməsi;
2. Hadisənin şahidləri, həmin vaxt xidmətdə olmuş AR-nin DİN-nin Çevik Polis Alayının 8-ci rotasının serjantları Səmədov Samir Şakir oğlu (tel:070-524-00-00), və Yusubov Sural Ələsgər oğlu (055-331-03-03) dindirilməmişdilər;
3. Hadisə yerinin baxışı düzgün keçirilməmişdir;
4. Məhkəmə Yol Nəqliyyat hadisələri Ekspertiziyası düzgün keçirilməmişdir.
5. İttiham aktında və hökümdə Alxasov Rövşən Ayaz oğlunun tərtib olunmuş xəstəlik tarixində Xəstaxanaya daxil olarkən onun sərxoşluğu barədə qeydiyyat yoxdur kimi qısa bir söz qeyd edilmişdir. (cild 1, iş vərəq 63). Bunlarda Rövşən Alxasovun hadisə tarixində onun alkoqollu içkilərin qəbilu, narkotik vastələrdən, pisxotrop maddələrdən və digər güclü maddələrin təsiri altında olub-olmaması şübhə doğurur.
BMT nizamnaməsinin 50-ci maddəsinə əsasən Şəxsin fərdi və ya kollektiv surətdə özünü müdafiə hüququ var, humanizm prinsipləri məhdudlaşmamalıdır.
Belə ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza barədə” Sərəncamı humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hümanizm hüquq siyasətinin tərkib hissəsidir. Bu halar Dövlətimizin siyasi iradəsinin daima diqqət yetirdiyi insan haqları, onun hüquq və azadlıqları sahəsində humanizm prinsiplərinə sadiqlik, insanlara diqqət və qayğının mühüm faktorlardan hesab edilir.
Bu səbəbdən də İstintaq orqanı Vaqif Novruzovun barəsindəki cinayət işini obyektiv aparılmadığı üçün təkrar məhkəmə istintaqını və AP CM-nin cinayyət və cəza prinsipi aşağıda qeyd olunan CM-nın müddəalarının tətbiqini zəruri edir.
58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir.
58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddəni müəyyən edəndə daha yüngül cəza növü təyin edə bilər.
59.1. Cəzanı yüngülləşdirən halar aşağıdakılardır:
59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;
59.1.11. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması;
59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi.
70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
Diqqətinizə çatdırıram ki, V.Novruzov AR DİN-in ÇPA-nın Xüsusi Təyinatlı Taborunda iştirak etmiş və “SAS Komandos”, “Cəhənnəm nəfəsi” və s. Xüsusi Təlim kurslarını keçmişdir. 2016-cı il aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda düşmənin təxribatının qarşısının alınmasında aparılan əks hücum əməliyyatında Füzuli, Tərtər, Cəbrayılın Cocuq Mərcanlı kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edən şəxslərdən biri olmuşdur. Eyni zamanda 2020-ci ildə “Dəmir yumuruq” əməliyyatında, 44 günlük Vətən müharibəsində Suqovuşan, Xudafərin, Hadrut istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir.
Həmçinin 2007-2009-cu il tarixində həqiqi hərbi xidmət zamanı Xüsusi Təyinatlı Hərbi hissələrdə xidmət etmişdir. bununla yanaşı Paytaxt Respublikanın ərazilərində dövlətçilik əleyhinə yönəlmiş təxribat xarakterli iğtişaşların qarşısının alınmasında və ictimai asayişin qorunmasında fəal iştirak etmişdir.
Lakin hökmüdə cəzanın yüngülləşdirən halların nəzərə alındığı qeyd edilsədə reallıqda hökmüdə əks olunan bu fikirlər sadəcə mənasız sözlər kimi qeyd edilmişdir.
Belə ki, 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.
Belə ədalətsiz hökmülər sayəsində vətəndaşlarda məhkəmə hakimiyyətinə dövlətə və onun siyasi rəhbərlərinə inam və ehtibarı sarsıldır.
Llakin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və təşəbbüsü əsasında son illər ərzində vətəndaş azadlığı hüququnun təminatı sahəsində bir çox siyasi tədbirlər həyata keçirilib. Eyni zamanda, Prezidentin cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmədən alternativ cəza” 2018-сi il 10 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində 2018-ci il 20 oktyabr tarixli Qanunda CM-nin 300-ə yaxın maddəsindiə dəyişiklik edilib, bunun nəticəsində isə bu halar on minlərlə vətəndaşa şamil edilmişdir.
Həmçinin, qeyd olunan cəza siyasətinin hümanistləşdirilməsi tədbirlərin davamlı olaraq həyata keçirilməsi dövlət rəhbərinin Fərman və sərəncamları əsasında alternativ cəza siyasəti, məhkəmə-hüquq siyasətində humanizm pirinsiplərinin qorunması və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlər davam etdirilmiş və cənab Prezident tərəfindən Milli Məclisə təqdim edilərək 300-ə yaxın CM-də dəyişiklik təqdim edilmişdir. Eləcə də 28 may 2022-ci il tarixli əf fərmanı ilə ömürlük məhkum edilmiş şəxslərlə yanaşı 213 nəfər əf edilmişdir.
Bu səbəbdəndə, mən bir vətəndaş kimi hesab edirəm ki, Rövşən Alxasovun anasının məhkəmədən etdiyi tələblər təmin edimiş, lakin hadisənin real həqiqətini əks etdirən müraciətlər və vəsadətlər təmin edilməmişdir. Bu əsasda qəbul edilmiş Höküm cəmiyyət üçün, günahsız və məsum körpələr üçün zülmdür ! Belə ki, pisxoloji problem yaşayan və emosiyanal vəziyyətdə olan şəxsin istəyi ilə bir ailəni talein ümüdünə buraxmaq və Cəmiyyətimizin gələcəyi hesab edilən məsum körpələri köməksiz vəziyyətə salmaq ədalətsizlikdir və əsil cinayət də elə budur.
Cocuqların günahı Nə ?Anaların Günahı Nə ? Ailə kiçik bir dövlətdir. Vaqif Novruzzovunda himayəmdə olan körpə uşaqları, anası və ailə üzvüləri var.
Halbuki, məhkəmə tərtib edilmiş qeyri-obyektiv ittiham aktına və saxta ekspert rəyinə eləcədə, ibtidai istintaq dövründə onun səmimiyyətindən sui istifadə edilərək və aldadılaraq formal imzaldaığı sənətlər əsasında ədalətsiz hökm çıxarmamalıdır. Məhkəmə bu məsələlərə VİCDANLA yanaşmalı və hadisəyə obyektiv qiymət verməlidi. Lakin hökmüdə qeyd olunan hüquq pozuntuları ilə yanaşı hakimin tərəflərə tərəfsiz yanaşmadığı tam şəffaf formada məlum olmuşdur. Belə ki, Rövşən Alxasovun mobil telefon qulaqcığından istifadə hallarını və onun həmin an sərxoş vəziyyətdə olmasına dair əsaslı şübhələrə və əlamətlərə əhəmiyyət verməmişdir.
Eyni zamanda bu ədalətsiz hökm məhkəmə zalında Vaqif Novruzova qarşı amansız rəfdar, onu qərar elan edilər-edilməz Pentensenar xidmətin əməkdaşları tərəfindən sanki dövləti cinayət etmiş və ya dövlət çevrilişinə cəhd etmiş və ya terror quruplaşmasının qatilləri kimi qandallama səhnəsi sanki məhkəmə əvvəlcədən proqramlaşdırmış HİND filmimin tamaşasını səhnələşdirmişdir. Eyni zamanda bu qəddar rəfdar onun qollarını qandallama səhnəsi Spartakın və ya Babək Xürrəminin və s. tarixi şəxsiyyətlərin cəmiyyətə nümayiş edilən kino filimlərinin səhnəsini xatırladırdı. Hökmün şərhindən və məhkəmə prosesindən də məlum olur ki, Vaqif Novruzov barədə çıxarılmış hökm tam ədalətsiz hökümdür.
Vaqif Novruzov ictimai təhlükəli şəxs deyil və elan edilmiş ittihamı rədd etmiş bir şəxsiyyətdir. Məhkəmədə bu amansız rəftarı nümüyiş etdirməsi sanki qarşı tərəfin istəyi və sifarişi ilə əvvəlcədən senariləşdirilmiş xüsusi zövq əyləncə və tamaşa üçün hazırlanmışdır. Belə ki, Rövşən Alxasovun yaxınları bu hadisəni Vaqif Novruzovu cəzalandırmağa nail olmaqla gələcəkdə mülkü qaydada, müxtəlif qeyri-leqal metodlarla Şəhidlik statusu almaq istəkləri olmuşdur. Bu istiqamətdə onlar müxtəlif orqanlara da müraciətlər edərək gələcəkdə mülkü qaydada məhkəmə mübahisəsi üçün rəsmi sənətlərdə toplamışdılar.
Eyni zamanda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırma aparmalıdır. Azərbaycanda saxta metod və vasitələrlə yaxınlarına şəhid statusu alanların var. Bəzi tanınmış şəxslər məhkəmələr mövqeyindən istifadə edərək müxtəlif səbəblərdən (avtomobil qəzası, bədbəxt hadisə və sair səbəbdən) həlak olan yaxınlarına saxta yollarla şəhid statusu almağa cəhd edirlər. Bu əməllər yalnız şəhidlərimizin ruhuna hörmətsizlik deyil, bütün cəmiyyətə təhqirdir. Bunun üçün ilk öncə yalançı şahidlərin ifadələriylə vəfat edən şəxsin həqiqi ölüm səbəbi saxtalaşdırılır. Sonra isə vəfat edən şəxsin yaxınları “şəhid ailəsi” statusu alırlar. Təbii ki, dövlətin şəhid ailələrinə qayğısından sui-istifadə edərək, müxtəlif imtiyazlara yiyələnirlər.
Beləliklə Ulduz Alxasova ibtidayi istintaqı müxtəliv metodlarla ələ almaqla Saxta ittiham aktı və bunun nəticəsində ədalətsiz məhkəmə hökmü əldə etməklə bu cinayətə görə cavabdeh olan şəxsi legitimləşdirməklə Rövşən Alxasova şəhidlik statusuna hüquqi zəmin hazırlamışdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndinə görə, şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir.
Hörmətli Apelyasiya Məhkəməsi,

İndi SİZ müəyyən edin ! Vaqif Novruzovla ittiham prokrorunun və hakim Səbuhi Hüseynovun əməllərində ki, oxşar və fərqli cəhətləri. Guya Vaqif Növruzov təsədüfü qəza nəticəsində bir şəxsin ölümünə səbəb olmuşsa, bu ədalətsiz məhkəmə hökmü nəticəsində bir ailə və məsum körpələr köməksi vəziyyətdə qalmışdır.
Bakı Ağır Cinayətlər məhkəməsi NƏDƏNSƏ Ulduz Alxasovanın iddia tələbini və xahişin dərhal qəbul edir Günahsız insanın tələbləri, müraciətləri və vəsadətləri özünü müdafiə kimi qiymətləndirilir ? Ulduz Alxasova ölkə Prezdenti deyil, ictimai-siyasi xadimə deyil və Baş nazir, məhkəmə sədri deyil və başqa səlahiyyətli şəxsdə deyil ki, pisxoloji emosianal vəziyyətdə əsassız xahişləri qəbul edilsin və Vaqif Novruzovun və onun müdafiəçilərinin tələb və müraciətləri rədd edilsin. Biz qolçamaq və ya feodal dövründə yaşamırıq. Belə ki, pisxoloji problem yaşayan və emosiyanal vəziyyətdə olan şəxsin istəyi ilə bir ailəni taleyin ümüdünə buraxmaq və Cəmiyyətimizin gələcəyi hesab edilən məsum körpələri köməksiz vəziyyətə salmaq ədalətsizlikdir və əsil cinayət də elə budur.
Beləliklə bu ədalətsiz hökmü qəbul edənlər reallıqda AR-nın Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin və vətəndaşın qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələrinə əsasən məsuliyyət yaradır.
Belə saxta qeyri-obyektiv ittiham aktı əsassında ədalətsiz höküm ölkəmizin şəffaf qərəzsiz məhkəmə hüquq-siyasətinə vətəndaşlarda ciddi narazılıqlar yaranmışdır.
Bu səbəbdən də hesab edirəm ki, Bakı Ağır Cinayət məhkəməsinin 1(101)-935/2022 saylı 01.06.2022-cı il tarixli hökmü Azərbaycanın məhkəmə hüquq-siyasətinə ziddir, ədalətsizdir, qərəzli, əsassız və qeyri-obyektiv olduğu üçün ləğv edilməlidir.
Qeyd olunanlarla əlaqədar olaraq Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə nazirinin iştirak etdiyi və Ali Məhkəmənin sədri Ramiz Rzayevin cari ildə keçirilən müşavirədə nitqində bildirilmişdir ki, hakimlərin məsuliyyət hissinin artırılması, yol verilən nöqsan və pozuntuların qarşısının alınması məsələləri daim diqqət mərkəzində olmalıdır.
Həmçini, məhkəmə insanlara qayğılı münasibət və layiqli xidmət göstərməli, vətəndaş məmnunluğunun yüksəldilməsi hakimlərin ən əsas vəzifəsi olduğu vurğulanmışdır. Səlahiyyətdən sui-istifadə hallarının yolverilməz olduğu qeyd edilmişdir.
Möhtərəm prezdent İlham Əliyev isə qeyd edir ki, məhkəmələrin qərarları ədalətli olmalıdır.
Ümumiyyətlə, həyatda hər şey VİCDAN əsasında olmalıdır. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır və həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır.
AR CPM-nin aşağıda qeyd olunan bəndlərə əsasən ittiham olunan şəxsin hüquqları qeyd edilmişdir.
91.4. Müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir.
91.5.30. təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət edə bilər;
87.6.4. cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar təqdim edə bilər;
87.6.5. etirazlar etmək;
87.6.8. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb edə bilər;
87.6.11. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;
87.6.14. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti vermək. Hüququ vardır.
Eyni zamanda, Azәrbaycan Respublikasının Konstitusiyasında 16. Sosial inkişaf vә dövlәt, I. Azәrbaycan dovlәti xalqın vә hәr bir vәtәndaşın rifahının yuksәldilmәsi, onun sosial mudafiәsi vә layiqli hәyat sәviyyәsi qayğısına qalır.
Vaqif Novruzov Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən GİROV götürülüb. Kürdəxanı qəsəbəsindəki QUANTANAMA düşərgəsində ƏSİR saxlanır. Məlumat üçün bildirirəm ki, Səlahiyyətli şəxslər dövlət səlahiyyətlərdən sui istifadə edərək və öz maraqları naminə vətəndaşlara qarşı müxtəlif bəhanələrlə hüquqi cəhətdən ziddiyyətli, həqiqəti əks etdirməyən YALAN, böhtan uydurmalarla “hüquqi görüntü yaradıb, formalaşdırıb” hökm çıxardıb. Vaqif Novruzovun yeganə günahı sürücülük vəsiqəsinin olmamasıdır ki, bu hallarda inzibati məsuliyyət yaradır. İnzibati məhsuliyyətə görə isə bir gənci ƏSİR almaq, GİROV götürərək ailəsini və məsum körpələrini köməksiz vəziyyətdə saxlamaq Azərbaycanın mövcud ictimai-siyasi şəraitində dövlətə XƏYANƏTDİR.
Bununla yanaşı Azərbaycan Respublikası DİN-nin Əlahəddə Çevik Polis Alayının Komandiri polis general-leytenantı Səhlab Bağırovun Novruzov Vaqif Rövşən oğlunun barəsində 12.05.2022-ci il tarixli xidməti xasiyyətnamədə qeyd edilmişdir ki, o, bacarıqlı və intizamlı bir polis əməkdaşı olmuş, verilən əmir və tapşırıqları vaxtında yerinə yetirmiş, xidməti vəzifəsinin icrasına məsuliyyətlə yanaşmış, peşə hazırlığını yüksəltmək üçün daima öz üzərində çalışmış, Bakı şəhərində və respublikanın müxtəlif rayonlarında keçirilən dövlət əhəmiyyətli tədbirlərdə ictimai asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlığa qarşı mübarizədə fəal iştirak etmiş, xidmət sirrini saxlamağı bacarır, dövlətə sədaqətlidir, vətənpərvərdir, mənəviyyatca safdır və fiziki cəhətdən sağlamdır, həmişə vətəninin və xalqının qarşısında öz xidməti vəzifələrini sədaqətlə davam etdirib.
Himayəsində azyaşlı övladı, həyat yoldaşı və anası vardır.
Cinayət-huquq siyasətinin humanistləşdirilməsi Azərbaycan xalqının çox əsrlik ənənələrindən irəli gəlir, ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verir, cəmiyyətimizi insaniləşdirir, insan ləyaqətinə hörmət və ehtiramı, bütünlükdə ölkəmizin tərəqqisini nümayiş etdirir, xalqımızda nikbin gələcəyə inam yaradır. Beləliklə, ölkəmizin cinayət-hüquq siyasətinin təhlili, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallar bu cinayət işinə bəraət verilməsinin zərurətini şərtləndirir.
Bu səbəbdəndə və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 42, 92.9.6, 92.9.11, 299 və 350-ci maddələrində nəzərə alınan bəraət verici əsaslara əsasən SİZLƏRDƏN,
XAHİŞ EDİRƏM
Vəsadətin təsviri hissəsində qeyd edilənləri nəzərə alaraq Novruzov Vaqif Rövşən oğluna Azərbaycan Respublikası Cinayət Məcələssinin 263-1.3 maddəsi ilə verilmiş ittihamı onun əməlində cinayət tərkibinin olmaması əsasına görə Bakı Ağır Cinayətlər məhkəməsinin1(101)-935/2022 saylı 01.06.2022-cı il tarixli hökmü ləğv edilsin.
Əlavə Məhkəmə Yol Nəqliyyat hadisələri Ekspertiziyası keçirilsin.
Alxasov Rövşən Ayaz oğlunun hadisə tarixində alkoqollu içkilərin qəbulu, narkotik vastələrdən, pisxotrop maddələrdən və digər güclü maddələrin təsiri altında olub-olmaması müəyyən edilməsi üçün meyd qəbirdən çıxarılaraq (ekshumasiya) keçirilsin.
Cinayət işinin məhkəmə istintaqı ilə araşdırılması təmin edilsin və Vaqif Novruzovun barəsində bəraət hökmü çıxarılsın.

İmza: Nubar Novruzova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki