image-reklam-veteninfo
image-03b019522a1246b1a407bfbaf0d2650dbackend

Din adı altında 3 milyon mənimsədi – Evindən çıxanlar DƏHŞƏTƏ GƏTİRDİ

image-reklam-veteninfo

Tailandda budda məbədinin keçmiş baş rahibi Phra Vaçirayana Vi ianələri mənimsəməkdə və çirkli pulların yuyulmasında ittiham olunub.

Vətəninfo.az BBC-yə istinadən xəbər verir ki, dəymiş ziyan 92-100 milyon baht (təxminən 3 milyon dollar) həcmində qiymətləndirilir.

İstintaq müəyyən edib ki, rahib ən azı iki il ərzində ianələri və talismanların (amuletlərin) satışından əldə olunan gəlirləri mənimsəyib.

Onun və 47 yaşlı şəriki Punyaver Runqranqın evində aparılan axtarışlar zamanı ümumi dəyəri təxminən 6,4 milyon dollar olan nağd pul, qızıl, qiymətli əşyalar və torpaq sahələrinin sənədləri aşkarlanıb.

Həbs olunduqdan sonra baş rahib rahiblik dərəcəsindən məhrum edilib. Onu və şərikini uzunmüddətli həbs cəzası, həmçinin əmlaklarının müsadirəsi gözləyir.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki