Prezident bölgələrə səfərlər edərək oradakı vəziyyətlə tanış olur, hər hansı lazimi göstəriş verilməsi gərəkərsə, bu göstərişləri verir. Son illər ərzində Ağsu və İsmayıllı rayonlarına səfər etmiş, burada görülmüş və görülməkdə olan işlər haqqqında göstrəişlər vermiş, məruzələr tərtib etmişdir.
Hər iki rayonda çox saylı işlər görülmüşdür. Hər iki rayonda 160 çarpayılıq xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilmiş bunlarla yanaşı əsaslə şəkildə təmir işləri görülmüşdür. Bu bölgələrdə güclü zəmin yaradılması yolunda lazımi addımlar atılmış və atılmağada davam edir.
İlham Əliyev “Diri Baba” türbəsində gedən işlərlə tanış olmuş və qədim tarixi abidəmiz olan bu türbənin bərpa edilməsi, ətrafında isə geniş turizm infrastrukturu yaradılması ilə bağlı təlimat vermişdir. Bu türbə öz qədimiliyi və nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Hazırda yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqının müqəddəs yeri olmuşdur, məhz buna görə bu qədim tarixi abidəmi yaşadaraq, ona yeni həyat bəxş edilməli, bərpa olunmalı, gələcək nəsillərin də görməsi üçün də çalışmaq lazımdır.
Basqal qəsəbəsi öz qədimliyi ilə seçilən tarixi irsimizdir. Onun qorunması ilə bağlı neçə il əvvəl Prezident İlham Əliyev xüsusi Sərəncam verilmişdir bu sərəncam tarixi irsin qorunub saxlanması ilə bağlıdır. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq işlər aparmağa başlamışdır. Bu işlərin isə 50 faizə qədəri artıq yekunlaşmaq üzərədir. Bu qəsəbədə bu gün 179 otaqlı müasir otelin açılışı olmuşdur. Bu otelin açılış məqsədi həmin bölgənin turizm potensialını böyük dərəcədə genişləndirməkdir. İsmayıllı rayonunda bu obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması demək idi. Məhz Basqalda açılan oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır. Bu gün isə eyni zamanda, Ağsu rayonunda böyük aqropark fəaliyyətə başlması bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb.
İsmayılova Aygün
Nəsimi rayon sakini