image-reklam-veteninfo
image-1backend

Əraqçı: “Hörmüz boğazında nəqliyyat İran və  Oman tərəfindən əlaqələndiriləcək” 

image-reklam-veteninfo

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, İran və Oman beynəlxalq hüquq çərçivəsində Hörmüz boğazında gəmiçilik və nəqliyyatın hərəkətinin əlaqələndirilməsi və tənzimlənməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Əraqçi “Əl-Məyadin” telekanalına müsahibəsində qeyd edib ki, Tehran bu məsələ ilə bağlı Fars körfəzi bölgəsindəki digər ölkələrlə də məsləhətləşmələr aparacaq. Bununla belə, onun sözlərinə görə, boğazın idarə olunması ilə bağlı yekun qərarlar əsasən İran və Oman tərəfindən veriləcək.

Nazir vurğulayıb ki, Hörmüz boğazının təhlükəsizliyi və nəqliyyat axınının davamlılığı regional və beynəlxalq əhəmiyyət daşıyan məsələdir.

Qeyd edək ki, son həftələrdə İran rəsmiləri Hörmüz boğazının birgə idarə olunması ilə bağlı Oman hakimiyyəti ilə bir neçə dəfə məsləhətləşmələrin aparıldığını açıqlayıblar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki