image-media-1658823221_cavansir-feyziyev-60o39f7jwpvq2y18srzi-620x326backend

Ermənistanı təxribatlara sövq edən nədir? – Cavanşir Feyziyev

image-reklam_sirab_01

44 günlük müharibənin başa çatmasından keçən təxminən 2 il ərzində vaxtaşırı Azərbaycanla həmsərhəd ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən silahlı təxribatlar törədilir. Adətən, bu hadisələri Ermənistandakı revanşist qüvvələrin sərhəddə sabitliyi pozmaq və bununla da iki ölkə arasında sülhün bərpasına mane olmaq üçün səmərəsiz cəhdlər kimi dəyərləndiririk.

Lakin sentyabrın 12-dən 13-nə keçən gecə baş verən hadisələr göstərir ki, bu, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən planlaşdırılan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin himayəsi altında həyata keçirilən sülh prosesini, eləcə də 44 günlük müharibənin sonunda qəbul olunmuş 3 tərəfli Bəyanata imza atmış Rusiyanın vasitəçilik səylərini pozmağa yönəlmiş məkrli bir təxribat addımıdır. Belə geniş miqyaslı bir təxribat əməlinin Rusiyanın Ukrayna cəbhəsində əvvəllər ələ keçirdiyi mövqelərini itirdiyi günlərdə baş verməsi də gözdən qaçırılmamalıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya və Avropa İttifaqının iştirakı ilə əvvəllər qəbul edilmiş bütün üçtərəfli bəyanatlar çərçivəsində Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmalar Ermənistanı o qədər də qane etmir.

Buna görə də Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç olmasa bir hissəsini yerinə yetirməkdən imtina etməyin yollarını axtarır. Elə bu məqsədlə də vaxtaşırı sərhədyanı ərazilərdə, bəzən hətta ölkəmizin daxilində, ermənilərin yığcam məskunlaşdığı Qarabağ ərazisində 9 noyabr 2020-ci il tarixli 3- Tərəfli Bəyanatın tələblərinə zidd olaraq hələ də separatçı rejimin xidmətində qalan Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədilir və gərginlik yaradılır.

Digər bir səbəb hazırda aparılan sülh yaratma proseslərində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirak etməməsi ilə bağlıdır. Əvvəllər bu münaqişənin həlli üzərində monopoliya hüququnu uzun müddət öz əlində saxlamış və əslində münaqişənin həllinə yox, dondurulmasına çalışmış Minsk Qrupunun iki üzvü müharibədən sonra regionda yaranmış yeni reallıqlar fonunda hazırkı proseslərdən kənarda qalıb və bölgədə baş verən hadisələrə fəal təsir göstərmək imkanlarını itirib. 30 il ərzində Minsk Qrupunun həmsədrləri olmuş ABŞ və Fransa mövcud vəziyyətlə barışmaq istəmir və hər hansı bir şəkildə bölgədə sülh yaradılması prosesində iştirak etmək və sonda əldə oluna biləcək uğurlu nəticəni öz aktivlərinə yazmağa çalışırlar. Ermənistan hakimiyyəti də bu işdə onlara yardımçı olmaq məqsədilə bölgədə vaxtaşırı təxribatlar törədir, guya münaqişənin tam başa çatmadığı və guya Minsk Qrupunun bu proseslərdə iştirakına ehtiyac olduğunu nümayiş etdirmək istəyir. Bununla da Ermənistan həmişə olduğu kimi, bölgədən kənar güc mərkəzlərinin bölgəyə müdaxiləsi üçün əlverişli şərait yaradır və belə bir müdaxiləni təmin etmək üçün alət rolunu oynayır.

Amma Ermənistanın bu təxribatı planlaşdırarkən rəhbər tuta biləcəyi digər halları da nəzərə almamaq olmaz. Hər kəs yaxşı bilir ki, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti Ermənistanı təxribatlara sövq edən nədir?

Amma Ermənistanın bu təxribatı planlaşdırarkən rəhbər tuta biləcəyi digər halları da nəzərə almamaq olmaz. Hər kəs yaxşı bilir ki, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti müharibə istəmir və Azərbaycanla demək olar ki, istənilən şərtlərlə sülhə hazırdır. Cəmiyyətin bu hissəsi Azərbaycan siyasətinin ədalətinə inanır və əvvəllər işğal olunmuş Azərbaycan torpaqları əldən çıxandan sonra bunu açıq şəkildə bəyan edir. Erməni ziyalılarının bir sıra cəsarətli nümayəndələri öz hökumətlərini açıq şəkildə Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamağa, iki ölkə arasında yolları açmağa və cəmiyyətlər arası qarşılıqlı əlaqələri bərpa etməyə çağırırlar. Ermənistanda 2021-ci ildə keçirilmiş seçkilərin nəticələri də erməni cəmiyyətinin əksəriyyətinin bu iradəsinə dəlalət edir.

Cəmiyyətin formalaşdırdığı bu münasibət ilk növbədə Ermənistanın müxalif revanşist qüvvələrini qane etmir. Müxalifət qüvvələri yaxşı anlayırlar ki, sülh müqaviləsi bağlandıqdan və Azərbaycanla diplomatik münasibətlər qurulduqdan sonra onların öz ölkəsində siyasi gücü daha da zəifləyəcək, mövcud siyasi hakimiyyətin müxalifət üzərində təzyiqləri isə daha da güclənəcək. Amma bu, Ermənistan siyasi esteblişmenti üçün bəlanın yalnız yarısıdır. Problem ondadır ki, son zamanlarda keçirilən ictimai rəy sorğuları Ermənistan cəmiyyətində nə əvvəlki, nə də indiki rəhbərliyə inamın olmadığını göstərir.

Erməni cəmiyyətinin Azərbaycan və Türkiyə ilə sülhə inamı Ermənistanın indiki hərbi-siyasi rəhbərliyini də qane etmir və həm də onu dəhşətli dərəcədə qorxudur. Hakim partiya bilir ki, Türkiyə – Ermənistan və Ermənistan – Azərbaycan arasında sülh yarandığı halda hər üç ölkənin cəmiyyətləri arasında sivil münasibətlər çox sürətlə qurulacaq, o cümlədən ticarət, humanitar, mədəni və digər əlaqələr dinamik şəkildə inkişaf edəcək. Doğrudur, bundan daha çox Ermənistan cəmiyyəti faydalanacaq. Lakin sadə ermənilər real sülhün faydasına bir daha əmin olacaqlar və uzun illər ərzində Ermənistan siyasətçilərinin apardığı erməni xalqının mənafeyinə zidd olan işğalçı siyasəti, o cümlədən əvvəlki və indiki siyasi rəhbərliyi daha sərt tənqid edəcəklər. O zaman hakimiyyətdə olan siyasi elitadan da tələblər daha da artacaq. Paşinyan hakimiyyətinə ictimai etimadın tam itirilməsi daha sonra ona gətirib çıxara bilər ki, son 30 ildə erməni xalqının üzləşdiyi bütün bəlaların və bütövlükdə uğursuz dövlətçilik quruculuğunun günahı məhz Paşinyan və onun tərəfdarlarının üzərində qala bilər. Ona görə də Paşinyanın qarşıya qoyduğu məqsədlərdən biri həm də erməni cəmiyyətinin Azərbaycanın sülh siyasətinə inamını qırmaqdan ibarətdir. Ona görə də Ermənistan silahlı qüvvələri tərəfindən vaxtaşırı olaraq törədilən təxribatlar Paşinyanın özü tərəfindən həm Ermənistan cəmiyyətinə və həm də dünya ictimaiyyətinə “Azərbaycan tərəfinin təxribatı” və “Azərbaycanın Ermənistana qarşı təcavüzkar siyasəti” kimi, Ermənistan hakimiyyətinin mövqeyi isə “sülh gündəminə nail olmaq cəhdləri” kimi təqdim edilir. Görünür ki, “Mülki müqavilə” ideoloqlarının fikrincə, belə ikiüzlü və riyakar siyasət Ermənistan rəhbərliyinə müharibənin sonunda Paşinyanın üzərinə götürdüyü və tam yerinə yetirmək istəmədiyi öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmaq üçün müəyyən zəmin yaradır.
Öhdəliklərin heç olmasa müəyyən hissəsini yerinə yetirməmək üçün Paşinyana “güclü arqumentlər” lazımdır. Ona görə də sərhəddə gərginlik yaratmaq, digər güc mərkəzlərini Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün gələcək proseslərə cəlb etmək və erməni cəmiyyətində Azərbaycanla sülhə inam hissini qırmaq istəyində Paşinyan hamıdan çox maraqlı görünür.
Amma Ermənistanın siyasi qüvvələri obyektiv reallığı təhrif etmək cəhdlərində çox yanılırlar. Onlar unudurlar ki, Azərbaycan Ordusunun gücü və Azərbaycan xalqının müstəqillik iradəsi sarsılmazdır. “Dəmir Yumruq” isə həmişə olduğu kimi yerindədir. Onların qonşuları ilə sülh şəraitində yaşamaq və əməkdaşlıq etməkdən başqa seçimləri yoxdur.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki