— Mənim 63 yaşım var. Birbaşa yaşayış binalarının, hündürmərtəbəli yaşayış komplekslərinin tikintisi ilə 2003-cü ildən etibarən fəal şəkildə məşğul olmağa başlamışıq. Əlbəttə, bundan əvvəl də tikinti sahəsində müəyyən təcrübəmiz var idi. Lakin məhz 2003-cü ildə “Kristal”ın fəaliyyətə başlaması şirkətin bugünkü fəaliyyət istiqamətini müəyyənləşdirdi.
— Son 10–15 ildə Bakıda ən aktual problemlərdən biri köhnə yaşayış fondunun sökülməsi zamanı sakinlərin köçürülməsi və kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlı uzunmüddətli mübahisələrdir. Nə üçün bu məsələ hələ də sistemli və institusional səviyyədə həllini tapmayıb?
— Təcrübəmə əsasən deyə bilərəm ki, bu halların 85–90 faizində sakinlərlə investorlar problemsiz şəkildə ortaq məxrəcə gəlir və razılaşma imzalayırlar. Mübahisələr əsasən qalan 5–10 faiz mülkiyyətçi ilə yaranır. Çox vaxt bunun səbəbi onların maliyyə gözləntilərinin və tələb etdikləri məbləğlərin həddindən artıq yüksək və reallıqdan uzaq olmasıdır.
Əslində, bərpa prosesi zəruridir. Bir çox köhnə binanın istismar müddəti çoxdan başa çatıb, onlar qəzalı vəziyyətdədir və yenilənməlidir. Lakin bütün bu proses özəl investorun üzərinə düşdüyündən, məsələ fərdi danışıqlar müstəvisində həll olunur. Tərəflər arasında münasibətləri tənzimləyən dəqiq və qanunvericiliklə təsbit edilmiş mexanizmlər hələ kifayət qədər formalaşmayıb və əksər məsələlər fərdi razılaşmalar əsasında həll edilir.
Hesab edirəm ki, həm köçürülən vətəndaşların, həm də investorların maraqlarının qorunması üçün Türkiyə, o cümlədə Avropa ölkələrinin təcrübəsi kimi qabaqcıl beynəlxalq təcrübələrdən yararlanmalıyıq.


























