ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi məlumata görə, ABŞ ordusu İranın hərbi obyektlərinə yeni zərbələr endirib. Vətəninfo.az xəbər verir ki, hədəflər arasında Buşehr, Çabahar, Cask, Konarak və Bəndər Abbas şəhərləri, eləcə də Əbu Musa adası var idi.
“Mərkəz Komandanlığı İrana qarşı son hücum dalğasını başa çatdırdı. Beş saatlıq əməliyyat zamanı ABŞ qüvvələri Buşehr, Çabahar, Cask, Konarak, Əbu Musa və Bəndər Abbas da daxil olmaqla, İrandakı hərbi hədəflərə uğurla zərbələr endirib”, – deyə X sosial şəbəkəsindəki paylaşımda bildirilir. Bildirilir ki, əməliyyat zamanı ABŞ qüvvələri İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz təyyarə qurğularına, eləcə də dəniz obyektlərinə qarşı dəqiq idarə olunan sursatlardan istifadə edib. MƏRKƏZİNİN məlumatına görə, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ əsgəri yerləşdirilib.


























