Almaniyanın məşhur “Lufthansa” hava yolları şirkəti Azərbaycana təxribata əl atıb. Şirkətin saytında sərnişinlərə təqdim olunan rəsmi uçuş xəritəsində ciddi qanun pozuntusu aşkarlanıb.
Vətəninfo.az xəbər verir ki, platformada torpaqlarımızın adı saxtalaşdırılıb.Uçuş zamanı izlənilən canlı xəritədə Xankəndi şəhərinin adı təhrif edilib. Alman şirkəti qədim yurdumuzu qondarma “Stepanakert” adı ilə qeyd edib.
Bu xoşagəlməz hadisə iyulun 7-də həyata keçirilən uçuşda qeydə alınıb.


Aviaşirkət hələ ki mövzu ilə bağlı heç bir rəsmi açıqlama verməyib.
Beləliklə, tanınmış beynəlxalq aviaşirkət öz platformasında separatçıları dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirib.Demokrat.az


























