Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfindən gənclərin peşəkar inkişafına dəstək olmaq, onların praktiki bacarıqlarını artırmaq və real iş mühiti ilə tanışlıqlarını təmin etmək məqsədilə “START” təcrübə proqramı həyata keçirilir.
Artıq 5-ci dəfə təşkil olunan və 6 ay davam edəcək proqram gənclərə müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, iş prosesində iştirak etmək və gələcək karyeraları üçün zəruri təcrübə qazanmaq imkanı yaradır. Proqram çərçivəsində seçilmiş gənclər aşağıdakı istiqamətlər üzrə təcrübə keçəcəklər:
Proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaq və onların peşəkar inkişafını dəstəkləmək məqsədilə tövsiyə məktubu ilə təmin ediləcəklər.
Təcrübə proqramında iştirak etmək istəyən gənclər Birliyin sosial şəbəkə hesabları vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müraciətlərin qəbulu üzrə son tarix 10 iyun 2026-cı ildir.























