image-3backend

Gömrük Komitəsi dövlət büdcəsinə köçürmələrinin həcmini açıqlayıb

image-reklam_sirab_01

Azərbaycan Respublikasının 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən 2024-cü ilin 6 (altı) ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 252,19 milyon manat proqnoza qarşı 3 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub və büdcə öhdəliyi 100% icra olunub.

Bu barədə Vətəninfo.az-a Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsum və vergi daxilolmalarında artım 176,85 milyon manat və ya 5,8% təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image