image-img-20221102-wa0007backend

Hamı onun zəngin olduğunu düşünürdü!

image-reklam_sirab_01

1980-ci ildə çəkilmiş “Tanrılar dəli olmalıdır” filminin baş rol ifaçısı Nixau Toma və ya Gao Komanın 200 milyon dollar gəlir gətirən filmdən cəmi 300 dollar qazandığını bilirdinizmi? Fermer və aktyor Nixau Tomanın xarici aləmdən təcrid olunmuş maraqlı həyatı Vətəninfo.az-da…

Nixau sakit Namibiya fermeri olanda Cənubi Afrikalı rejissor Ceymi Uysun təklifi ilə onun həyatı qəfil dəyişdi. 1980-ci ildə “The Gods Must Be Crazy” filmində baş rola çəkilən Nixau dünya şöhrəti qazandı.

FİLM BÜDCƏDƏN 40 DƏFƏ QALDI
Dövründə böyük təsir bağışlayan komediya janrında istehsal olunan əsər ABŞ başda olmaqla dünyanın müxtəlif yerlərində dəfələrlə tamaşaçılara təqdim olunub. Film Hollivuda köçdü və 5 milyon dollar büdcəsi olan film bu günə kimi 200 milyon dollar gəlir əldə etdi.

300 dollar qazanıb
Film o qədər diqqət çəkdi ki, prodüserlər növbəti seriya üçün əllərini ovuşdurmağa başladılar. 4 filmdən ibarət seriyanın ilk filmindən 42 il keçir. 36 yaşında ilk dəfə pulla qarşılaşan Nixau milyon dollarlıq büdcədən cəmi 300 dollar qazanıb. İlk pulunu ailəsi üçün su və işıqla kərpicdən ev tikməyə xərcləyib.

DÜNYANI İZLƏDİ
Birinci filmdə az pul aldığını anlayan Nixau 1989-cu ildə çəkilən ikinci filmdə 80.000 dollar qazandı. Xarici dünyaya tez uyğunlaşan Nixau həm məşhur olmağın rahatlığı, həm də maliyyə imkanları ilə dünyanı gəzdi. Amerikaya, Parisə, Yaponiyaya getdi. Bir müddət sonra spirtli içkilərə və siqaretə aludə olan Nixaunun pulu bitdi. Ailəsi ilə birlikdə vətənə qayıdan Nixau 2003-cü ilin iyul ayında odun yığmaq üçün evdən çıxıb və 3 gün geri qayıtmayıb. Ailəsi günlərlə onu axtarırdı. O, axtarışların 4-cü günü tarlada ölü tapılıb. Polis hələ də Xaunun ölüm səbəbini açıqlamayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image