Bir neçə gün əvvəl səhhətində yaranmış problemlərə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülən sabiq deputat Nazim Bəydəmirlinin müalicəsi yarımçıq saxlanılıb və onu cəzaçəkmə müəssisəsinə qaytarıblar.
Vətəninfo.az xəbər verir ki, bu barədə Gununsesi.info -ya sabiq deputatın xanımı Fəridə Bəydəmirli deyib.
Fəridə Bəydəmirlinin verdiyi məlumata görə, geriyə qaytarılan sabiq deputatı karsa salıblar.


























