image-73518ce6-e502-4148-b4bd-a3f282024dd9backend

Heydər Əliyev Müasir Azərbaycan Dövlətinin Qurucusudur

image-reklam_sirab_01

Bəli, adı müasir tariximizə qızıl hərflərlə yazılan, Heydər Əliyevi ancaq yeri– göyü işığa qərq edən qaranlıqdan aydınlaşdıran Günəşlə bir də uca göylərə yüksələn zirvə ilə müqayisə edə bilərəm. O, bütün cəhətlərinə görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir. Onun zəkası ideyaları daim Azərbaycanın üzərində Günəş kimi parlayacaq yolumuzu nura qərq edəcək. Bütün varlığımla, bütün qəlbimlə, bütün canımla sevdiyim Azərbaycanın dahi lideri, ulu öndəri, qısacası bütöv bir millətə ağsaqqal bir ata, bütün varlığı ilə Azərbaycandır. Bəzən fikirləşirəm o, sadə bir insan ola bilməz axı? Bir insan qəlbinə bu qədər vətən sevgisi, xalq sevgisi necə sığa bilər?

Heydər Əliyev hər kəsi onun haqqında danışmağa sövq edir. Dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan bu dahi şəxsiyyət haqqında söylənilən fikirləri bir məna birləşdirirdi. Heydər Əliyev böyüklüyü və onun Azərbaycan sevgisi. Heydər Əliyev Azərbaycanın parlaq günəşidir. Onun rəhbərliyi altında keçən illər respublikamız üçün sabitliyin möhkəmlənməsi, iqtisadi çiçəklənmə nüfuzlu beynəlxalq təşkilatlarda dünya dövlətləri ilə sıx əməkdaşlıq qurulması əhalinin rifah halının yaxşılaşması illəri olmuşdur.
Ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası onun daim qürurla qeyd etdiyi bu fikirləri xatırladır. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam.”
Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırır. Hər bir ölkəni inkişafa aparan imzalar arasında imzasının görünməsini şərtləndirən əsas amil məhz dövlət rəhbərinin idarəçilik sistemi dövlət maraqlarını hər şeydən öndə tutması, xalqına, ölkəsinə bağlılığıdır. Azərbaycan Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dahi liderin gücünün qətiyyətinin siyasi iradəsinin şahidi oldu. Ulu öndər Azərbaycan tarixi inkişaf prosesinin əsasını qoymuş müstəqil Azərbaycan dövlətinin memarıdır. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi. Ulu öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək məna çaları var. Neçə ildən artıqdır ki, Heydər Əliyev cənabları –sizin, bizim, onların qarşısında dahiləşib, əbədiləşib, zirvələşib. Bu dahi insanın ömür səlnaməsini dönə-dönə səhifələmək, oxumaq, oyrənmək, sevmək, təbliğ etmək lazımdır.
Çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycan tarixidir. Əgər Ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial iqtisadi mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı bugün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümumilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideologiyasını təmələ çevirməsidir. Ümummilli lider xarci ölkələrə səfərləri zamanı azərbaycanlılarla çox saylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Heydər Əliyev 1993 cü ildə hakimiyyətə gələrək tək Azərbaycanı deyil, bütövlükdə Cənubi Qafqazı alovlanmaqda olan müharibə təhlükəsindən xilas etdi. Ulu öndərin parlaq xatirəsinə işıq saçan elmi praktik konfranslarda bir çox fikirlər xüsusi vurğulanıb ki, öz zəngin həyat fəlsəfi ilə dünyanın liderlik səlnaməsinə əbədi imza atan Heydər Əliyev dühası əsrlər boyu müdriklik və dahilik təcəssümü kimi xatırlanacaq.
Azərbaycançılıq ideyası xalqımızın milli özünüdərkinin bərpasına və müstəqilliyimizin daha da möhkəmlənməsində əvəzsiz rola malikdir. Müasir dövrümüzdə də hələ müstəqil olmayan xalqlar dövlətlər mövcuddur. Ancaq biz müstəqilik öz vətənimizə xidmət edirik, bu torpaq üzərində inkişaf edib güclənirik. Əvvəldə qeyd etdiyim əməllər sahibi olan Heydər Əliyev kimi şəxsiyyətlər yetirən dövlətlə necə fəxr etməyə bilərsən? Bu mümkün deyil. “Fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamındakı mən ümumi olaraq xalqımızın mənidir. Dünyada elə bir dövlət yoxdur ki, adının sonunda can sözü olsun. Hər birimizə əziz olan canı da Allah verir bizlərə. Azərbaycan sözündəki can təsadüfi yaranmayıb. Sondakı can vətənimin canıdı. Onu da biz gənclər yaşatmalıyıq. Bu hər birimizin vətəndaşlıq borcudur. Səbəbsiz qürur, fəxr mənbəyi olmur. Azərbaycanlı olmağın nə demək olduğunu böyük ustalıqla xalqımıza çatdıran Heydər Əliyev azərbaycançılıq məktəbinin əasını qoydu. Azərbaycanlıyam kəlməsi nə qədər mənalı və dərindir. Deyilişi şirin olduğu kimi məzmunu qayəsi də yüksək və hikmətlidir. “Mən azərbaycanlıyam“ deyəndə gözlərimin önünə zirvələr, yüksək mənəvi dəyərlər gəlir. Mənim üçün Vətən, azərbaycançılıq şəhidlərimin qanı tökülən səngərdən başlayır. Güclü dövlətçilik müstəqillik xoşbəxtçilik azərbaycançılıq şərbətini xalqımıza içirən Ulu öndər qəlbimizdə daima yaşayacaq. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri onun titanik fəaliyyətini tam əhatə etmir. Gənc olaraq özümə fəxr bilirəm ki, Vətənim Ulu öndərim haqqında öz fikirlərimi yaza bilirəm. Bundan böyük qürur nə ola bilər ?

Afaq Səfərova
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin
tərbiyə işləri üzrə direktor müavini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki