image-15-2backend

Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır

image-reklam_sirab_01

 

Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə hər kəsə daha da aydın olur. Ötən əsrin əvvəlləri kimi, sonları da Azərbaycan üçün mürəkkəb və ziddiyyətli olması yadda qalmışdı.Dinamik və taleyüklü proseslərlə fərqlənən  zəngin  dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur. Təbiidir ki, tarixə qovuşma prosesi müəyyən bir  zaman daxilində baş verən bir prosesdir və bu zamandan maksimum səmərəli yararlanmaq lazımdır. Onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin daha güclü olmasına yönəltmək missiyası şəxsiyyətlərin fəaliyyətləri, adı ilə bağlı olur. Heydər Əliyev bir dahi  şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır. Müdriklər demişlər ki, şəxsiyyəti mühit və hadisələr yetirir, ancaq hadisələri özünü də şəxsiyyətlər idarə edir və eyni zamanda hadisələrin özü də onların izini daşıyır. Fəaliyyətinin hər bir  dövründə zamanı boşa , əksinə, zamanı əməlləri ilə zənginləşdirən  ulu öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli, müasir ruhlu bir dövlətin yaradılması olmuşdur. Ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirən lider Heydər Əliyev milli dövlətçiliyi və azərbaycançılıq ideyalarını hər şeydən üstün tutmağı bacarmış  və o, xalqın öz Vətəninə ürəkdən bağlı olan nadir şəxsiyyətlərindən biridir.
Heydər Əliyev öz parlaq  zəkası və möhtəşəm  istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmağı bacarmış  və gələcəyə aparan yolları müəyyən etmişdir.Buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bu tərəfə yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə də  Heydər Əliyev dövrü kimi düşmüşdü. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi nöqteyi nəzərindən isə azərbaycançılıqdır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq xüsusi yerə sahibdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilmişdir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycanın hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun müddət  müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin yaxşılaşdırılması , xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşmasına  xidmət edəcəyinə şübhə yoxdur. Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərini inkar edilməzdir. Onun ölkədə vətəndaş həmrəyliyin, sabitlik yaradılması, müstəqil dövlət qurulması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər danılmazdır. Ulu öndər ölkədə bazar iqtisadiyyatının inkişafında, Azərbaycana xarici investisiyaların cəlbində, xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görmüşdür. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə – bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur.

Azərbaycanlıları dünyaya sivil dəyərlərin daşıyıcısı kimi tanıdan, dünya azərbaycanlılarını vətənə bağlayan azərbaycançılıq fəlsəfəsinin əsasları yarandı. Dünya xəritəsində suveren və müstəqil Azərbaycan adlı tarixi həqiqət ünvanı hər kəsə tanış oldu . Heydər Əliyev sübut etdi ki, siyasət naşıların zənn etdiyi kimi heç də  asan məsələ deyildir.  Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq almədə öz nüfuzunu daha da gücləndirir.Artıq fəxrlə deyə bilərik ki, Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib və bu böyük şəxsiyyətlərin reallaşdırdıqları inkişaf konsepsiyası sayəsində əldə olunan uğurlar ölkəmizin nurlu sabahının təminatçısıdır. Dünya siyasət meydanında təsir  edən proseslərə təsiri baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilməyi bacarmaşdır. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına  daha da həvəsləndirilmiş və ruhlandırmışdır.

Mamedova Fəridə -YAP-ın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki