Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar ölkənin ictimai-siyasi həyatında real nəticələrini göstərməkdədir. Bu özünü ilk növbədə davamlı inkişafın təmin edilməsində, vətəndaşların rifah və məmnunluq səviyyəsinin daha da yüksəlməsində, peşəkar və səmərəli dövlət qulluğu institutlarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edən dövlət idarəetmə sistemində özünü göstərir.
Dövlət başçısının tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramları öz müsbət nəticələrini verir. Bu Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində respublikamızın bütün rayonlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilib. Böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb.
Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, çoxlu sayda məktəblər inşa edilib. Yeni iş yerlərinin yaradılmasına xüsusi əhəmiyyət verilib. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir.
Azərbaycanın regionlarında son illər yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.
Qarabağın dirçəlməsi istiqamətində icra olunan yol infrastrukturu layihələri azad olunan torpaqlarımızda yeni və beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşmasını özündə əks etdirir. İnşa olunan yolların bölgənin inkişafının sürətlənməsi, regionun tranzit əhəmiyyətinin artırılmasında əvəzsiz rolu var.
İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib.Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək. Bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.
Şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğının göstərilməsinin vacibliyi vurğulanır. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik avtomobili verilmişdir. Bu proses davam etdirilir.
Nəsimi rayon sakini
Allahverdiyeva Əfsanə