image-reklam-veteninfo
image-nicat1-jpgbackend

İnkişafa vurulan zərbə və ya ABB-nin 9 il əvvəl itirdiyi imkan – Nicat Dağlar yazır

image-reklam-veteninfo

2017-ci ilin 10 may tarixində Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının müdiri Sabit Fətizadə ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə verdiyi müsahibədə Azərbaycanın gələcəkdə öz milli kriptovalyuta modelinə sahib ola biləcəyini, nümunə olaraq “Azcoin” ideyasını səsləndirmişdi. Müsahibədə həmçinin bank sektoru da daxil olmaqla bütün sahələrin gələcəkdə süni intellek əsaslı idarəetməyə keçid edəcəyi vurğulanırdı. Sabit Fətizadə eyni zamanda o zaman çoxlarının anlayışsız olduğu detallara da toxunmuşdu. Məsələn, qeyd olunurdu ki, yaxın 10 ildə dünyada QR kodlarla, informasiya əldə etmək, ödənişlər həyata keçirmək mümkün olacaq. Bu o vaxt idi ki, ölkədə QR kodlar barədə elementar anlayışlar mövcud deyildi. Bu, əslində sadəcə müsahibə deyildi, gənc və perspektivli maliyyə mühandisinin manifesti idi.

Təşəbbüskarlığın cəzalandırılması

Həmin dövrdə bu fikirlər bir çoxlarına uzaq görünə bilərdi. Lakin illər keçdikcə rəqəmsal maliyyə, blockchain və milli rəqəmsal valyuta anlayışları dünyanın əsas strateji istiqamətlərindən birinə çevrildi. S.Fətizadə isə sözügrdən müsahibədən bir neçə ay sonra, daha dəqiqi Ulu Öndər Heydər Əliyevin anım günü – dekabrın 12-də işdən getmək barədə ərizə yazmaq məcburiyyətində qaldı… Yəni onun, bu gün aydın olduğu kimi, gələcəyi dəqiq görməsi və bunu səlist şəkildə ifadə etməsi işini itirməsinə səbəb oldu. Bankın o zamankı rəhbərliyi öz əməkdaşının gözləntilərinin nələrə əsaslandığını aydınlşdırmaq, onun bilik və bacarıqlarından yararlanmaq əvəzinə, mayın 10-da verilmiş müsahibəyə dekabrın 12-də cəza kəsdi…
Bu gün, 10 may 2026 tarixində bu yazını qələmə almaqda məqsədimiz zamanında səslənmiş texnoloji baxışı və milli iqtisadi düşüncəni yaddaş xatırlatması kimi təqdim etməkdir. Çünki gələcək yalnız maddi resurslarla deyil, ideya, texnologiya və strateji düşüncə ilə qurulur.

Təkrarçlıq nə vaxtdan “ yeni ideya” hesab olunur?

Bu gün ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov gələcəyin süni intellekt əsaslı olacağından danışır, Mərkəzi Bank kriptovalyutaların yaradılmasının və tətbiqinin mümkün yollarını araşdırır, müxtəlif işçi qruplar, komissiyalar yaradır… Nəticə isə hələ də yoxdur. Bizim həşəmətli maliyyəçilərimiz sadəcə 9 il əvvəl deyilmiş fikirləri təkrarlamaqla çağdaşlığa əsaslanan “yeni ideya” müəllifləri kimi görünməyə çalışırlar. Görünən odur ki, 18-ci əsrə aid bu məşhur deyim hələ də öz aktuallığını qoruyub saxlayır:
“Bütün böyük həqiqətlər üç mərhələdən keçir: əvvəlcə onları lağa qoyurlar, sonra onlara şiddətlə qarşı çıxırlar, sonda isə onları açıq həqiqət kimi qəbul edirlər”. ABB-nin İdarə Heyəti sədrinin və Mərkəzi Bank rəsmilərinin bu gün dilə gətirdikləri fikirlər də Sabit Fətizadənin 9 il əvvəl dediklərinin HƏQİQƏT KİMİ qəbul olunduğuna açıq işarədir…

Biztövhələr verə bilərdik…

Amm zamanında həmin fikirlərdən istifadə olunsaydı, müəllifin dəqiq hesablamalarına və rəqəmsallaşmanın, süni intellektin gələcəyini öncədən görmə qabiliyyətindən istifadə olunsaydı, bu gün Azərbaycan yeni dünyanın özəlliklərindən istifadə xüsusunda da lider ölkə kimi tanınacaqdı, hətta özü prosesə tövhələr verəcəkdi. İndiki halda isə biz sadəcə həm süni intellektin həyatımıza necə daxil olduğunu, həm də kriptovalyutanın dünya iqtisadiyyatında mövqeyini necə möhjkəmləndirdiyini müşahidə etməklə mə.ğuluq. Ölkənin maliyyə bossları da illər əvvəl deyilmiş fikirləri sadəcə təkrarlamaqla məşğuldurlar. GƏLƏCƏK ARTIQ GƏLİB, CƏNABLAR!

Nicat Dağlar




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki