Bakı Konqres Mərkəzində “Invision Design Talks 2” tədbiri keçiriləcək. Memarlıq və dizayn dünyasının aparıcı simaları bu dəfə Bakıda toplaşır. Bu məşhur memarların bir araya gətirilməsi müasir yanaşmaların, innovativ ideyaların və gələcəyin dizayn trendlərinin müzakirəsi üçün böyük platforma rolunu oyanayacaq.
“Dizaynın daxildən formalaşdırılması” konsepti ilə təşkil olunan tədbirdə Türkiyənin məşhur memarları ilə yanaşı Azərbaycanın tanınmış memarları da iştirak edəcək.
Tədbirin spikerlər Sinan Kafadar, Sefer Çağlar, Yeşeren Ersan,Tusi Əliyev və
Professor Osman Arayıcı olacaq.
“Invision Design Talks 2” bu il Seranit Azərbaycan və Sinerji Pro-nun ortaq əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. Strateji tərəfdaşlıq tədbirin miqyasını daha da genişləndirərək dizayn və memarlıq sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcək.
Tədbir iştirakçıları aparıcı spikerlərin çıxışları vasitəsilə dizaynın gələcəyinə dair yeni baxışlar əldə edəcək, sahədəki son trendlərlə tanış olacaq və peşəkar şəbəkələrini genişləndirmək imkanı qazanacaqlar.
Tədbir mayın 11-də Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbir saat 14:00 – 18:30-dək davam edəcək.
“Invision Design Talks” memarlıq və dizayn sahəsində innovativ düşüncəni təşviq edən, bilik və təcrübə mübadiləsinə şərait yaradan beynəlxalq səviyyəli platformadır.


























