image-photo-2022-04-14-10-01-22-1backend

İqtisadi göstəricilərimiz yüksəkdir

image-reklam_sirab_01

 Məlum olduğu kimi, dünyanı bürüyən maliyyə və iqtisadi böhran müxtəlif ölkələrin iqtisadiyyatında tənəzzülə, müəssisələrin fəaliyyətinin dayanmasına, işsizliyin artmasına gətirib çıxarıb. Maliyyə böhranının törətdiyi fəsadlar iqtisadiyyatın real sektoruna mənfi təsiri gücləndirib, iqtisadi artım templərinin aşağı düşməsinə və nəticə etibarilə qlobal iqtisadiyyatın tənəzzül dövrünə keçməsinə, istehlakın və tələbatın beynəlxalq miqyasda kəskin enməsinə səbəb olub. Qlobal iqtisadi və maliyyə böhranı istisnasız olaraq, bütün ölkələri, o cümlədən Azərbaycan iqtisadiyyatını da ciddi sınaqlarla üz-üzə qoydu. Böhranın fəsadları Azərbaycan iqtisadiyyatına sirayət etsə də, ölkə Prezidentinin tapşırığı ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində onun mənfi təsirləri respublikamızda hiss olunmadı. Ölkəmiz qlobal böhran şəraitində nəinki özünün iqtisadi tarazlığını qorudu, hətta qeyri-neft sektorunda 16 faizə qədər artım müşahidə edildi. Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf etdi, yeni müəssisələr açıldı, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük, nəhəng infrastruktur layihələri icra olundu. 2008-ci ilin ikinci yarısından dünyada dərinləşən maliyyə böhranının təsiri nəticəsində hətta bir çox aparıcı ölkələrin iqtisadiyyatında yaranan durğunluğa baxmayaraq əlverişsiz xarici mühit şəraitində Azərbaycan iqtisadiyyatının inkişafı davam etdi.

Müasir dövrdə iqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də xarici siyasətdə hansısa ciddi uğurundan danışmaq mümkün deyildir. Tarixən iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil qismində çıxış etdiyini ilk gündən düzgün müəyyənləşdirmiş dövlət başçısı İlham Əliyev də rəhbərlik etdiyi komandanın bütün səylərini məhz bu istiqamətdə səfərbər etmişdir. Ölkə rəhbəri davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafına çalışmış və ötən 8 ildə bu sahədə həlledici uğurlara imza atmışdır.

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi ictimai həyatın bütün sahələrində kardinal islahatlara əsaslı təkan verdiyindən, təbii olaraq ayrı-ayrı tədqiqatçılar – filosoflar, iqtisadçılar, siyasətşünaslar respublikanın milli inkişaf strategiyasının mahiyyətini elmi prinsiplər əsasında açmağa, obyektiv təhlillər aparmağa çalışırlar.

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini ‒ insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.

Azərbaycanın inkişaf yolunda inamla irəliləməsinin digər bir səbəbi də xalqın dövlətimizin başçısına olan etimadıdır. Daim Prezidentimizə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı ötən il Vətən müharibəsi zamanı daha böyük birlik nümayiş edirərək qələbəmizin qazanılmasına  töhfələrini verdilər.  Qalib dövlətin qalib xalqı təbii ki, iqtisadi inkişaf yolunda bundan sonra da  uğurlara  nail olacaq, prezidentimizin rəhbərliyi ilə möhtəşəm proqramların həyata keçirilməsinin şahidi olacağıq.

 

Nəsimi rayon sakini Hüseynli Billurə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki