Vətəninfo.az xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatı İranın hava məkanında bütün uçuş məhdudiyyətlərinin aradan qaldırıldığını açıqlayıb.
“Təhlükəsiz şərait təmin edildikdən və müvafiq qurumlarla zəruri koordinasiyadan sonra uçuş məhdudiyyətləri aradan qaldırılıb və təsdiq edilmiş plana uyğun olaraq ölkənin aviasiya fəaliyyəti tədricən normal iş rejiminə qayıdır”, – deyə açıqlamada bildirilir.


























