İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsinin İranın strateji müdafiə sistemlərinə genişmiqyaslı hücum həyata keçirdiyi bildirilib.
Vətəninfo.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, əməliyyat nəticəsində İranın müxtəlif bölgələrində yerləşdirilən hava hücumundan müdafiə sistemləri hədəfə alınıb və zərər görüb.
Açıqlamada qeyd olunur ki, bu sistemlər “Aslanın nəriltisi” əməliyyatı zamanı zədələnmiş aşkarlama və müdafiə qabiliyyətlərinin bərpası məqsədilə yerləşdirilmişdi.
Bildirilib ki, hücumlar İsrail Hərbi Hava Qüvvələrinin İran hava məkanında əməliyyat azadlığını daha da genişləndirir.


























