image-reklam-veteninfo
image-1backend

İsrail Livana raket hücumu həyata keçirib

image-reklam-veteninfo

İsrail Müdafiə Qüvvələri Livan boyunca Şiə Hizbullah təşkilatının hədəflərinə zərbələr endirməyə davam edəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü briqada generalı Effie Defrin məlumat verib.

Defrin bildirib ki, “Hizbullahın İsrailin şimal şəhərlərini davamlı atəşə tutması səbəbindən Dahiyaya hücum etdik. İsrail ordusu Livan boyunca əməliyyatlarını davam etdirəcək və Hizbullaha dəyən ziyanı daha da artıracaq. İsrailin mülki əhalisinə qarşı daha çox hücumlara icazə verməyəcəyik”.

O, həmçinin İranın raket hücumunu “ciddi səhv” adlandıraraq, İsrail ordusunun belə bir ssenariyə hazır olduğunu vurğulayıb.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri ölkə daxilində yerləşdirilib və həm müdafiə, həm də hücum əməliyyatlarına hazırdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki