image-photo-2022-05-07-11-14-24backend

Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir.

image-reklam_sirab_01

Ermənilər bütün dünyaya öz vəhşilikləri ilə səs salmışdır. Onlar törətdikləri qırğınlarla, terror siyasətləri ilə tanınır. 1918-1920-ci illərdə ermənilərin ən çox vəhşiliklər törətdiyi Azərbaycan ərazilərindən biri də Qarabağ bölgəsi olmuşdur. Azərbaycanın dilbər guşələrindən olan bu əraziyə ermənilər çoxdan göz dikmişdilər. Hələ XIX əsrin əvvəllərində ruslar erməniləri bu yerə köçürdükdən sonra əsasən gəlmə ermənilər, həmişə Azərbaycana qarşı hiylə və məkr yuvası olan erməni məlikliklərindəki ermənilərlə birləşərək xalqımıza qarşı əsil təhlükəyə çevrilməkdə idilər. Həmişə «Yersiz gəldi yerli qaç» prinsipi ilə hərəkət edən ermənilər çar hakimiyyət orqanlarının onlara qarşı himayəçilik siyasətindən məharətlə istifadə edərək yerli azərbaycanlıları getdikcə sıxışdırmağa başlayırlar. Onların bu hərəkəti XX əsrin əvvəllərindən başlayaraq artıq sistemli şəkil alır və planlı surətdə həyata keçirilməyə başlayır. Ermənilərin azərbaycanlı əhaliyə qarşı münasibətləri daimi qeyri-səmimi olsa da, onlar bu hisslərini gizlədərək açıq biruzə vermir, çar hakimiyyət orqanlarında işə girərək altdan-altdan azərbaycanlılara qarşı öz düşmənçilik siyasətlərini yeridirdilər. Qarabağda ermənilərin, azərbaycanlılara vurduğu ən böyük ziyan Şuşa qəzasının ərazisi və ermənilərin həmişə əllərinə keçirmək üçün diş qıcadıqları Şuşa şəhəri idi. Çoxlu təkzib olunmaz tarixi faktlardan da məlum olduğu kimi əvvəllər İran şahlarına yaltaqlıq edərək dünyanın bu cənnətməkan diyarında əllərinə mülklər keçirən erməni məlikləri əsrlərlə bu ərazidə ermənilərin sayını artırmaq üçün dəridən-qabıqdan çıxmış, ikiüzlülüyün, namərdliyin, satqınlığın ən iyrənc formalarından məharətlə istifadə etmişdilər. Ancaq heç kimə sirr deyil ki, bütün Qafqazda, o cümlədən də Qarabağda möhkəmləndikləri ilk günlərdən başlayaraq ermənilər yerli əhaliyə qarşı əvvəlcə gizli, sonra isə açıq şəkildə xəyanətə və mübarizəyə keçmişdilər. Azərbaycan hökumətinin bütün bu güzəştlərinə, bütün məsələləri sülh yolu ilə həll etmək istəməsinə baxmayaraq Qarbağ erməniləri öz məkrli niyyətlərindən heç cür əl çəkmək istəmirdilər. Bütün bunlara baxmayaraq, 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq. Yerli sakinlər öz doğma yurdlarına 30 ildir həsrət qalmışdılar. Nə qədər insan öz vətənini, doğma yurd və torpaqlarını, bircə dəfə görmək arzusu ilə bu dünyadan köçdü. Onlarla insan böyüyüb boya-başa çatdığı evlərini, yurdlarını görə bilmədən, qəlblərini bu həsrət qovuraraq gözlərini əbədiyyən yumdu. Amma artıq 30 illik həsrət sona çatdı. məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar çıxış edib. Bu çıxışda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda aparılacaq quruculuq işləri, xüsusi nümayəndələrin təyin olunması, burada törədilən erməni vəhşilikləri, və.s bütün bunlar haqqında danışılıb. Cənab İlham Əliyev bildirib ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir.

Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.

Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.

Prezident İlham Əliyevin uğurlu yenidən qurma siyasəti nəticəsində, Azərbaycan xalqı işğal olunmuş torpaqlarında rahatlıqla məskunlaşa biləcək, 30 illik həsrət mükafatlandırılacaqdır.

 

 

Nəsimi rayon sakini

Əliyeva Leyla

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki