image-1135663backend

Blinken qəflətən Pekinə səfər edib

image-reklam_sirab_01

ABŞ dövlət katibi Entoni Blinken Pekinə gəlib. Vətəninfo.az xəbər verir ki , bu barədə CGTN mediası məlumat yayıb.

Aprelin 24-də o, Şanxaya gəlib, orada Nyu-York Universitetinin Şanxay filialının tələbələri və Çində fəaliyyət göstərən Amerika şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

Şanxayda Kommunist Partiyasının katibi ilə görüşdə ABŞ dövlət katibi iki ölkə arasında birbaşa əlaqənin zəruri olduğunu bildirib. Blinkenin sözlərinə görə, iki ölkənin prezidentləri kommunikasiya kanallarının qurulmasına və mövcud fikir ayrılıqlarının birbaşa həllinə göstəriş veriblər.

Amerika diplomatiyasının rəhbəri aprelin 26-dək Çində işgüzar səfərdə olacaq. Pekində o, həmkarı Vanq Yi və ola bilsin ki, Çin prezidenti Si Cinpinlə görüşəcək.

Bu, Blinkenin ABŞ dövlət katibi kimi Çinə ikinci səfəridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki