image-1backend

Türkiyədə ruslara bu qadağa da tətbiq olundu

image-reklam_sirab_01

Türkiyədə bəzi banklar ruslara hesab açmaqdan imtina edirlər.

Vətənifo.az xəbər verir ki, bu barədə “RİA Novosti” ölkə banklarından birindəki mənbəyə istinadən məlumat yayıb.

“Hazırda Türkiyədə özəl banklarda ruslar üçün hesabların açılması baş ofislərin gücləndirilmiş nəzarəti altında həyata keçirilir. Bəzi hallarda məhdudiyyətlər var və prosedurun özü təxminən üç gün çəkir”, – agentliyin mənbəsi bildirib.

Prosedur yalnız baş ofis razılaşdıqda başlayır. Həmçinin, əsas şərtlərdən biri ən azı 10 min dollar məbləğində götürülməyən əmanətin olmasıdır. Şərtlərdən hər hansı biri yerinə yetirilmədikdə, hesabın açılmasından imtina edilə bilər.

Bir sıra Telegram kanallarının məlumatına görə, ruslar mövcud hesablarının – xüsusən də “Ziraat” dövlət bankındakı hesablarının bağlanması ilə üzləşiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki