Cənubi Livanda Hizbullah hərəkatının döyüşçüləri ilə İsrail qüvvələri arasında gərgin toqquşmalar baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) xəbər yayıb.
Agentliyin məlumatına görə, İsrail ordusu təyyarələr və helikopterlər yerləşdirdiyi Bint Jbal şəhərində döyüşlər başlayıb.
Həmçinin bildirilib ki, İsrail qüvvələri şəhər bazarının girişinə yaxın bir neçə evi dağıdıb.
Bundan əlavə, Tebnin şəhəri hava zərbəsi ilə vuruldu və yerli xəstəxanaya ciddi ziyan dəydi.


























