image-photo-2022-03-29-14-48-49backend

MART SOYQIRIMI

image-reklam_sirab_01

 

Azərbaycan xalqı uzun illər erməni xalqına dost münasibəti bəsləmiş, qonşuluq əlaqələri saxlamışlar. Bütün bunlara baxmayaraq erməni xalqı dost münasibətimizə düşməncə cavab vermişdir. Öz torpağımızda qonaq etdiklərimiz bizə düşmən kəsilmiş, öz doğma torpaqlarımıza göz dikmişdirlər və bununla qalmamış xalqımıza qarşı qırğınlar törətmişdirlər.

Erməni xalqının tarixən bizdə açdığı yaralar aradan əsrlər keçsədə qapanmaz, unudulmaz dərəcədə böyük yaralardır. Bu yaralardan biri də 1918-ci ilin martında xalqımıza qarşı törədilən, tariximizə qanlı hərflərlə “Mart soyqrımları” kimi düşən faciədir.

Mart soyqrımı ermənilər tərəfindən 1918-ci ildə müxtəlif bölgələrdə törədilmişdir. Bu qırğınlarda çox sayda vətəndaşımız həlak olmuşdur. Martın 30-da daşnak-bolşevik hərbi qüvvələrinin türk-müsəlman əhaliyə qarşı soyqrıma başladı. Əhali həm havadan, həm də dənizdən hücuma məruz qalır, Bakı bombardman edilirdi. Bakıda müsəlman əhaliyə qarşı törədilən bu faciə 2 aprelə qədər davam etsə də Bakı quberniyasında həmin ilin 15 sentyabırına qədər davam etdi. Bu zaman 50 mindən artıq türk-müsəlman əhali amansızca qətlə yetirilmişdir. Həmçinin tarixi əhəmiyyət daşıyan memarlıq abidələrimizə ziyan vuruldu.

31 Mart soyqırımı ilə bağlı öz düşüncələrini bölüşən Bakının “Kərpicxana” məhəlləsində dördüncü evdə xalqımıza qarşı törədilən faciəni çəkməyə gələn fotoqraf V.Sokolov deyir “Otağın döşəməsi üstündə 22-23 yaşında bir qadının, iki qoca qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və bir körpənin meyiti qalmışdı”. Bu zaman ağlımıza Qarabağda törədilən qırğınlarda öldürülən körpələr, Vətən müharibəsi zamanı gücünü döyüş meydanında göstərə bilməyərək dinc sakinləri hədəf alan və günahsız körpələrə qıyan həmin düşmən ağlımıza gəlir. Bu düşmənin necə amansız olduğunun sübutudur.

Bu qırğınların ardı həmçinin Qubada, Lənkəran və Salyan qəzalarında , daha sonra isə İyun ayının əvvəllərində Kürdəmirdə və Göyçay qəzasında da soyqırımlar törədildi.

Düşmənin amansızlığını göstərən bir sübut da Qubada soyqırım törədilən zaman odlu silahdan deyil, küt alətlərdən və xəncərdən istifadə edilməsi idi.

Bu soyqırımları zamanı 30 mindən artıq həmvətənlərimiz qətlə yetirilmiş, minlərlə insan öz torpaqlarından qovulmuşdurlar.

Bu gün biz bu tarixi soyqırım kimi anırıqsa, xalqımıza törədilən faciələri unutmuruqsa burada Ulu öndər Heydər Əliyevin rolu danılmazdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə mart soyqırımları araşdırılmışdır.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. İmzalanan bu fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Biz hər il 31 martı anım günü kimi qarşılayırıq. Həmçinin bu qırğınların xatırlanması və unudulmaması üçün  Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına göstəriş vermişdir Sözügedən memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmişdir. Kompleksin 2013-cü il sentyabrın 18-də açılmışı olmuşdur.

Bu gün bizə qarşı edilən haqqsızlıqların, faciələr törədilən zaman həlak olan həmvətənlərimizin unudulmaması üçün hər kəs böyük səylə çalışır.

Biz nə xalqımıza qarşı törədilən faciələri, nə amansızca qətlə yetirilən həmvətənlərimizi, nə də bizə bunları yaşadan düşməni unutmamışıq. Unutmamışıqsa deməli unutdurmayacağıq. Onları təkcə anım günlərində deyil hər gün anıb, hər gün yad edirik.

 

Məmmədova Elnarə

YAP-nın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki