“Mavi Yüzyıl” Qəzeti və rəqəmsal yayım platforması olan www.maviyüzyıl.com, jurnalist və TV xəbər proqramçısı Yeşim Eryılmazın baş redaktorluğu ilə nəşr həyatına başladı.
Türk Dünyası, Türkiyə, Kıbrıs və geniş Türk coğrafiyasındakı hadisələri oxucularına çatdırmağı hədəfləyən “Mavi Yüzyıl”, regional və beynəlxalq gündəmi xəbərlər, təhlillər və xüsusi məzmunlarla izləyəcək.
Uzun illərdir Türk Dünyası və Şərqi Aralıq dənizi (Doğu Akdeniz) üzrə etdiyi xəbər və proqramları ilə tanınan Eryılmazın rəhbərlik etdiyi qurum, Türk dövlətləri və icmaları arasındakı siyasi, iqtisadi, mədəni və sosial proseslərə xüsusi önəm verəcək. “Mavi Yüzyıl” Türk Dünyasının ortaq dəyərlərini, inkişaf proseslərini və səsini güclü bir yayım anlayışı ilə ictimaiyyətə çatdırmağı hədəfləyir.


























