image-reklam-veteninfo
image-eli-ismayilov-jpgbackend

Məktəb direktoru: “Hansısa müəllimdən pul aldığım sübut edilərsə, direktorluqdan gedəcəm”

image-reklam-veteninfo

Vətəninfo.az-da yayımlanan və geniş rezonans doğuran məktəbdaxili fotolar və video ilə  bağlı Babək rayon Sirab kənd məktəbinin direktoru Əli İsmayılov redaksiya ilə əlaqə saxlayaraq məsələyə münasibət bildirib.
Direktor bildirib ki, məktəbdə şagirdlərə qarşı heç bir zorakılıq, xoşagəlməz hərəkət və ya iməcilik adı altında pul yığılması halları mövcud deyil: “Əgər hər hansı bir müəllim və ya şagird məndən şikayət edərsə, iməciliyə məcbur aparıldığım və ya pul yığıldığı sübut olunarsa, mən bu gün ərizəmi yazıb işdən çıxacağam, müəllimlikdən gedəcəyəm.” O, həmçinin şəhərdə hər hansı bir evinin və ya torpağının olmadığını, səsləndirilən iddiaların əsassız olduğunu vurğulayıb.
Şagirdlərin məktəbdə telefon işlətməsi və yayılan fotolarla bağlı məsələyə toxunan məktəb rəhbəri qeyd edib ki, bu cür halların qarşısının alınması istiqamətində dərhal zəruri addımlar atılıb. Eyni zamanda Əli İsmayılov bildirib ki, həm uşaqlarla bağlı tənbeh addımları atılacaq, valideynlər məktəbə dəvət olunaraq müvafiq xəbərdarlıq ediləcək. Əli İsmayılov yayılan fotolarda görünən şagirdlərdən birinin onun qardaşı oğlu olması ilə bağlı yazılan iddialara gəlincə isə, qeyd edib ki, fotolardakı uşaqlardan heç biri onun qardaşı övladlarından birfi deyil.
Sirab kənd məktəbinin direktoru onu da bildirib ki, məktəbdə şəhidlərin anım tədbirlərinin keçirilməməsi ilə bağlı iddialar tamamilə əsassızdır və hər il məktəbdə şəhidlərin xatirəsi uca tutularaq silsilə anım tədbirləri keçirilir.

Redaksiyadan: Biz KİV haqqında qanundan irəli gələn qaydalara əməl edərək qarşı tərəfin mövqeini dərc etdik və bunun məsulihyyətli və media dəyərlərinə uyğun olduğu qənatindəyik.

 

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki