image-konulbackend

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib.

image-reklam_sirab_01
Nizami rayonu 24 saylı 1-ci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Görüşdə görüşdə millət vəkili vətəndaşları onlayn formatda dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.
Deputat qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, əlilliyin təyin edilməsi, əlillik pensiyasının və sosial yardımın bərpa edilməsi, vətəndaşa hüquqi dəstəyin göstərilməsi, məhəllənin abadlaşdırılması və asfalt çəkilməsi və s. bu kimi məsələlər başlıca yer almışdır.
Qəbulun sonunda deputat K. Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki