image-reklam-veteninfo
image-img_9151backend

Möminə Xatun türbəsi ətrafında “Yeləni” kəlağayı kolleksiyası TƏQDİM OLUNDU—FOTO—VİDEO

image-reklam-veteninfo

Naxçıvanda, Əcəmi seyrəngahında “Yeləni” kəlağayı kolleksiyasının təqdimatı keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə qədim Azərbaycan memarlığı ilə milli dekorativ-tətbiqi sənətin vəhdəti nümayiş etdirilib.

Demokrat.az xəbər verir ki, kolleksiyanın əsas ideya xətti böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin irsindən, xüsusilə Möminə Xatun Türbəsinin zəngin həndəsi ornament və kompozisiyalarından ilhamlanıb. Kəlağayı nümunələrində tarixi ornamentlər və milli motivlər müasir bədii yanaşma ilə yenidən təqdim olunub.

Tədbirdə çıxış edənlər milli-mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, həmçinin Əcəmi Naxçıvaninin 900 illik yubileyi layihəyə xüsusi əhəmiyyət qazandırır.

Kolleksiyanın müəllifi Nigar Həziyeva layihənin əsas məqsədinin qədim ornamentləri müasir incəsənət və moda dili vasitəsilə yenidən təqdim etmək olduğunu bildirib.

Tədbir çərçivəsində keçirilən dəfilədə müxtəlif tarixi və mədəni motivləri əks etdirən kəlağayı nümunələri nümayiş olunub. Xurşidbanu Natəvan,

Möminə Xatun, Həcər, Turan, Səma və Qobustan motivləri əsasında hazırlanan nümunələriştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Hər bir kompozisiya Azərbaycan tarixinin, qadın obrazlarının, milli düşüncənin və mədəni yaddaşın müxtəlif qatlarını özündə birləşdirərək tamaşaçılara həm estetik, həm də mənəvi mesaj ötürüb.

Kolleksiya iştirakçılar tərəfindən milli irsin müasir sənətdə yaşadılmasının uğurlu nümunəsi kimi yüksək qiymətləndirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki