image-1backend

“Naxçıvanbank” bağlandı – Yeni təşkilat YARADILDI

image-reklam_sirab_01

“Naxçıvanbank” ASC fəaliyyətini dayandırıb.

Vətəninfo.az-ın məlumatına görə, bank adını və təşkilati-hüquqi formasını dəyişib.

Belə ki, “Naxçıvanbank” “E-Kredit” MMC adı altında bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyini elan edib.

Ölkənin yeganə regional bankı olan “Naxçıvanbank” 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 44 milyon manatdır.

“Naxçıvanbank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır.

Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,6 milyon manat və ya 20,7% azalaraq 103,6 milyon manata enib. Ümumilikdə bankın öhdəlikləri təxminən 127,6 milyon manata bərabər olub ki, bu, ilin əvvəlinə nisbətən 16,6 milyon manat və ya 11,5% azalma deməkdir. Mətbuatda bankın bağlana biləcəyi barədə xəbərlər yayılmışdı.

Bir müddət əccəl Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Naxçıvan Bank”ın bağlana biləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib. Taleh Kazımov deyib ki, bankın hər hansı maliyyə problemi yoxdur.

“Balansı çox keyfiyyətlidir, maliyyə dayanıqlılığı ilə bağlı hər hansı problem yoxdur. Bankın kredit portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Bankın fəaliyyəti ilə bağlı səhmdarlar tərəfindən qərar veriləcək. Bankın fəaliyyətini necə davam etdirəcəyi və ya BOKT-a çevriləcəyi səhmdarların qərarından asılı olacaq. Amma bunun ümumi maliyyə sabitliyinə hər hansı təsiri yoxdur. Bankın əmanətçilərinin sayı digər banklara nisbətən çox aşağıdır”, – deyə AMB sədri əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image