image-img-20220927-wa0202backend

Nərimanov rayonunda şəhidlərin xatirəsi anıldı

image-reklam_sirab_01

Nərimanov rayonunda 27 sentyabr – “Anım Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Millət vəkillərinin, ziyalıların, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Azərbaycanın ərazi bütövlüyü uğrunda doğmalarını itirən şəhid ailələrinə ehtiramını bildirərək, böyük Qarabağ zəfərində şəxsiyyət faktorunun, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev fenomeninin önəmindən və qəhrəman Azərbaycan ordusunun şücaətindən danışdı. İcra başçısı qeyd etdi ki, nə qədər Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan dövlətçiliyi var vətənimizin bütövlüyü uğrunda canından, qanından keçən cəsur şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq.
Tədbir Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Adil Əliyev, Respublikanın Xalq artisti Nürəddin Mehdixanlı və digər natiqlərin təsirli çıxışları ilə yadda qaldı.
Tədbir Ağacəkmə aksiyası ilə davam etdi. Vətən müharibəsi qəhrəmanı Zaur Nudirəliyevin adını daşıyan küçədə yerləşən bağda şəhidlərin əbədi xatirəsinə ağaclar əkildi, şəhid ailələri ilə xatirə şəkilləri çəkildi.
Daha sonra tədbir iştirakçıları, şəhidlərimizin əziz ruhuna təşkil olunan ehsan süfrəsində iştirak etdilər. Məclisdə iştirak edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki