image-7d882d0c-5b31-4bc3-a6a7-059410fc4926backend

Nəsimi rayonunda sentyabr ayında səyyar qəbullarda sakinlərin müraciətləri dinlənilib

image-reklam_sirab_01

Nəsimi rayonunda sentyabr ayında səyyar qəbullarda sakinlərin müraciətləri dinlənilib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.

Cari ilin sentyabr ayı ərzində RİH başçısı Asif Əsgərov tərəfindən rayon ərazisində səyyar qəbullar və yerlərdə görüşlər keçirilmişdir. Səyyar qəbullar 1 və 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə etmiş, keçirilən 2 səyyar qəbul və digər ərazilərdə görüşlərdə 600-dən çox sakinin iştirakı ilə 70-ə qədər müraciətlər dinlənilmişdir. Qaldırılan  məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, görüləcək işlər vətəndaşlara geniş izah edilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür. Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və zirzəmilərin təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi,  istismar müddəti bitmiş binalarda kommunikasiya xətlərinin, o cümlədən kanalizasiya xətlərinin əsaslı təmirinə ehtiyac olması, iş ilə təmin, ağacların budanması və s. məsələlərlə bağlı olmuşdur. Qəbullarda  və görüşlərdə, xüsusilə 27 Sentyabr-Anım günü ərəfəsində şəhid ailələrinin nümayəndələrinin, Vətən müharibəsi əlillərinin, qazilərin, veteranların  çoxsaylı müraciətləri nəzarətə götürülərək həlli istiqamətində operativ tədbirlər görülmüşdür.

Qəbul və görüşlərdə sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilmişdir.

Qəbullarda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi, ərazi bütövlüyümüzün təmin olunması, xalqımızın rifahı və tərəqqisi naminə atılan müdrik addımlardan,  Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

image-49f31e18-4ac5-4e29-8f99-00aa14e74c6e image-fbcf2a9f-ef74-4706-a0e9-7da8037728b2 image-172ce213-ee16-416d-89d2-2b6842918b85 image-3f53eb7b-b159-4bf2-af5d-c063e92ff0b3 image-a37ec194-df78-4efe-b4f1-f8ab474ece8d image-32167964-ebd9-4515-981b-999c3a6836bb image-f5e8f658-be2b-49a2-bcb0-7ec2126370c5 image-397bdcce-7d65-45d5-9933-624333dbe3ac image-7eff89c6-8901-4260-9aff-8e9acff10c79 image-a4c4193f-c77c-4a83-bad2-b4d93b68ad04 image-37a2f52d-eedd-4ae6-a8ef-04af1d260b5f image-39f037b5-1743-4f07-a70b-295bc9129458 image-deaa8239-9a12-4f53-b57e-286a5d853ffd image-a6d5e923-09df-474f-863a-b4748d0b16fa image-cb3a67b9-d1d1-404e-9b63-ff1936ceb95e image-b8915b0c-415d-4685-838b-e7696c3f5719 image-7d882d0c-5b31-4bc3-a6a7-059410fc4926 image-bbab6a77-475c-4a42-addd-ff1051d53541


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki