image-28-09-2022-es-1backend

Nizami rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilib

image-reklam_sirab_01

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 sentyabr 2022-ci il tarixində “Altun” sarayında 27 Sentyabr – Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilib.

Mərasimdə  Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, din xadimləri, I Qarabağ və Vətən müharibəsi şəhid ailələri və qaziləri iştirak ediblər.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Zəfər tarixindən bəhs edən video-çarx nümayiş olunub.

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Vətən müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmış, Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoymuşdur. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.  Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır.

C.Cəbrayılov Vətən müharibəsində qəhrəmancasına döyüşmüş mübariz oğul və qızların şücaətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyini, xatirələrinin uca tutulduğunu söyləyib.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci 2 dekabr tarixində 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzaladığını da diqqətə çatdırıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatlı Rasim Musabəyov müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşadığımızı qeyd edərək, qəhrəman oğullarımızın 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməmizə çevirdiklərini vurğulayıb. Bu gün Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edildiyini və Şanlı Zəfər naminə canlarını qurban vermiş qəhrəmanlarımızın anıldığını söyləyərək,  Allahdan bir daha bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, uzun ömür diləyib.

Ehsan süfrəsi mərasimində Vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının ruhuna dualar oxunub.

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki