image-28-09-2022-229-2backend

Nizami rayonunda “Qələbəyə gedən 44 gün” adlı tədbir keçirilib

image-reklam_sirab_01

28 sentyabr 2022-ci il tarixində Nizami rayonu Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbdə Vətən Müharibəsinin başlanmasının 2-ci ildönümünə həsr olunmuş “Qələbəyə gedən 44 gün” adlı tədbir keçirilib.

Tədbirdə Nizami rayon şəhidlərindən Nicat Əhmədovun, Əsəd Əsədlinin, Yuri Kovalyovun ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi sektorunun müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Rəsulova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar, Nizami rayon ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, təhsil ocağının müəllim-şagird kollektivi iştirak ediblər.

Əvvəlcə 229 nömrəli tam orta məktəbin həyətində Missiya Media Qrupu tərəfindən inşa edilmiş şəhidlərin abidə-kompleksinə tər güllər düzülüb, sonra sərgiyə baxış keçirilib.

Tədbir  şəhidlərimizin ruhuna ehtiramla bir dəqiqəlik sükutla başlayıb,  sonra dövlət himni səsləndirilib. Daha sonra tədbir iştirakçıları şagirdlərin 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə həsr etdikləri kompozisiyanı izləyib, muğam üçlüyünün ifasında xalq mahnılarını dinləyiblər.

image-28-09-2022-229-1 image-28-09-2022-229-2 image-28-09-2022-229-3 image-28-09-2022-229-4 image-28-09-2022-229-5 image-28-09-2022-229-6 image-28-09-2022-229-7

 

Tədbirdə söz alan 229 nömrəli tam orta məktəbin direktoru Vüsalə Məmmədova qonaqları salamlayaraq, 27 sentyabr – Anım Gününün əhəmiyyətindən danışıb, Vətən müharibəsində şəhid olan igidlərimizin ruhunun dərin hörmət və ehtiramla anıldığını bildirib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasından, 30 ilə yaxın müddətdə işğal altında saxlanan torpaqlarımızın azad olunmasından bəhs edib.

Şəhid Nicat Əhmədovun bacısı Lalə Əhmədova qardaşı ilə bağlı xatirələrini bölüşüb, bir şəhid ailəsi kimi ölkə başçısına, dövlətə minnətdar olduqlarını deyib. Missiya Media Qrupun baş redaktoru Nicat Dağlar da çıxışında tədbirin əhəmiyyəti və önəmindən bəhs edərək, Vətən müharibəsində  xalqımızın sarsılmaz birliyinin sübut olunduğunu qeyd edib.

Digər söz alanlar da çıxışlarında şəhidlərimizin dərin ehtiramla anıldığını qeyd ediblər və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyətindən danışıblar.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki