image-06-09-2022-ys-1backend

Nizami rayonundan bir qrup şəhid ailəsi üzvləri Naftalana yola salınıb

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Nizami rayonundan olan igidlərimizin ailələri daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.
Nizami Rayon İcra Hakimiyyəti və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə rayonun 22 şəhid ailəsinin üzvü müalicə və istirahətlərinin təşkil olunması üçün “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzinə yola salınıb.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid ailələri ilə görüş zamanı qeyd edib ki, hazırda Nizami rayonunun Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə əlaqədar rayon ərazisində lazımi işlər aparılır və şəhid ailələrinin qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində mütəmadi tədbirlər görülür.
Görüş zamanı şəhid ailələri işğaldan azad olunmuş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərindən qürurla danışaraq, ölkə rəhbərliyinə onlara daim göstərilən yüksək diqqətə görə öz dərin minnətdarlıqlarını bildiriblər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki