image-reklam-veteninfo
image-arzuman-muradlibackend

Orta Dəhliz və Azərbaycanın strateji mövqeyi

image-reklam-veteninfo

“Beşinci Antalya Diplomatiya Forumunda Azərbaycanın ən yüksək səviyyədə təmsilçiliyi, ölkəmizin qlobal diplomatik proseslərdəki çəkisini bir daha nümayiş etdirdi. Azərbaycanın forumdakı iştirakı rəsmi Bakının strateji hədəflərini dünya ictimaiyyətinə birbaşa çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb etdi”.

Bu fikirləri 5-ci Antaliya Diplomatiya Forumunu şərh edən zaman Politoloq, alim, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı Vətəninfo.az-a bildirib.

Siyasi ekspert qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyev forumda iştirakı, forum çərçivəsindəki çıxışları və görüşləri bir neçə əsas istiqaməti əhatə etdir:

“Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları,ərazi bütövlüyünün bərpası və suverenliyin tam təmin olunmasının sülh üçün yeganə yol olduğunu vurğulaması, Azərbaycanın Avropanın enerji xəritəsini dəyişən layihələrdəki (Cənub Qaz Dəhlizi və yaşıl enerji ixracı) aparıcı rolu ilə bağlı dövlət başçısı tərəfindən strateji perspektiv olaraq diqqətə çatdırılmasıdır. Eyni zamanda Prezident İlham Əliyevin Türk Birliyi ilə bağlı vermiş olduğu açıqlama, həmçinin Azərbaycan və Türkiyənin sarsılmaz ittifaqının regionda sabitlik və təhlükəsizliyin əsas qarantı olduğunu qeyd etməsidir”.

Arzuman Muradlı eyni zamanda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin forumun panel müzakirələrində və media qarşısında Azərbaycanın xarici siyasət prioritetlərini daha detallı şəkildə şərh etməsidir: “Hikmət Hacıyev müasir diplomatiyada informasiya təhlükəsizliyinin önəmini və Azərbaycanın qarşılaşdığı media manipulyasiyalarına qarşı həqiqətlərin çatdırılmasının vacibliyini qeyd etməsi mühüm və vacib açıqlama idi.Eyni zamanda  Orta Dəhliz məsələsi ilə bağlı Azərbaycanın logistik qovşaq kimi Şərqlə Qərb arasında ən təhlükəsiz və qısa yol təklif etməsi xarici siyasət şöbəsinin müdiri tərəfindən iqtisadi diplomatiyanın ana xətti kimi təqdim olunmalıdır”.

Ekspert qeyd edib ki, nəticə etibarilə, Azərbaycanın bu yüksək səviyyəli iştirakı Antalya Diplomatiya Forumunu ölkəmizin milli maraqlarını müdafiə edən və qlobal gündəmi formalaşdıran effektiv bir platformaya çevirdi.

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki