Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələri nəticəsində 9 nəfərin həlak olduğu, 11 nəfərin isə yaralandığı bildirilir.
Vətəninfo.az xəbər verir ki, Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahidin sözlərinə görə, zərbələr Kunar və Hilmənd əyalətlərinə endirilib. Nəticədə üç yaşayış evinin dağıldığı bildirilib.
Pakistan tərəfi isə Əfqanıstan ərazisində “terrorçu düşərgələrinə və onların gizləndiyi məkanlara qarşı dəqiq və hədəflənmiş əməliyyatlar” həyata keçirdiyini təsdiqləyib.


























