image-1696578403_74744459backend

Parlamentdə Natiq Qasımovdan DANIŞILDI

image-reklam_sirab_01

“Əminəm ki, Müzəffər Ali Baş komandanımıza Natiq Qasımovla bağlı dəqiq məlumat verilsə, o haqq etdiyini alacaq”.

Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

“Hətta Xocalıda bir küçəyə onun adı verilə bilər. Mən 6 il əvvəl onun ailəsi və yaxınları ilə danşıqlar aparmışam. Bununla bağlı araşdırmam sosial şəbəkədə var. Ümid edirəm ki, bununla bağlı məsələ həllini tapacaq”, – o bildirib.

Qeyd edək ki, bir neçə gün öncə erməni cəlladlarının 1992-ci ildə əsir götürdüyü azərbaycanlı döyüşçü Natiq Qasımovun dindirilməsi zamanı çəkilən fotolar yayılıb. 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımov haqqında  “Oğul” sənədli filmi çəkilib. Film Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib. Filmin rejissoru və ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib.

İtaliyalı hərbi fotoqrafın lentə aldığı fotolarda azərbaycanlı döyüşçünün dindirilməsinin Xocalı qatili Vitali Balasanyan tərəfindən aparıldığı görünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image